CƏMİYYƏT
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları vaksinasiya olunublar
Bakı, 30 aprel, AZƏRTAC
Dövlət Miqrasiya Xidməti (DMX) koronavirus pandemiyası ilə əlaqədar təhlükəsiz və sağlam əmək şəraitinin təminatı istiqamətində tədbirləri davam etdirir.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, koronavirusla mübarizə tədbirləri çərçivəsində aprelin 30-da qurumun əməkdaşlarının vaksinasiyası həyata keçirilib. Xidmət rəhbərliyi də daxil olmaqla, bütün əməkdaşlar Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBIB) peşəkar tibbi personalının iştirakı ilə vaksinasiya ediliblər.
DMX koronavirusa qalib gəlmək üçün hər kəsi məsuliyyətli olmağa, sanitar-gigiyenik qaydalara əməl etməyə, vaksinasiya olunmağa, yaxınlarının və ailə üzvlərinin sağlamlığını düşünərək ehtiyatlı davranmağa çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [18:37]
“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib
- 07.05.2024 [17:25]