Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirib
Bakı, 30 mart, AZƏRTAC
Martın 30-da Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov vətəndaşların müraciətlərini onlayn formatda dinləyib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, müraciətlər əsasən miqrasiya xidmətləri, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, vətəndaşlıq məsələləri, həmçinin işə qəbulla bağlı olub. Müraciətlərdə qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb.
Xidmət rəisi qaldırılan digər məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün tapşırıqlar verib.