DÖVLƏT NEFT FONDUNUN 2003-CÜ İL BÜDCƏSİNİN İCRASI TƏSDİQ EDİLMİŞDİR
Dövlət Neft Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında” Əsasnaməyə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun “İllik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydalarına” müvafiq olaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru tərəfindən Dövlət Neft Fondunun 2003-cü il büdcəsinin icrası ilə bağlı təqdim olunmuş hesabata dair Dövlət Neft Fondunun Müşahidə Şurasının rəyini və Dövlət Neft Fondunun maliyyə fəaliyyətinin nüfuzlu beynəlxalq auditor təşkilatı tərəfindən keçirilmiş auditin nəticələri nəzərə alınaraq Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2003-cü il büdcəsinin icrası gəlirlər 1.820.493,2 milyon manat, xərclər 1.180.120,2 milyon manat məbləğində olmaqla və ya Dövlət Neft Fondunun 2003-cü il büdcəsində nəzərdə tutulduğundan müvafiq olaraq 49,2 faiz artıq gəlirlə və 3,1 faiz kəsirlə aşağıdakı kimi təsdiq edilmişdir:
Sıra N-si GƏLİR MƏNBƏLƏRİ Milyon manatla
1 Azərbaycan Respublikasının payına düşən xam neftin satışından əldə edilən gəlir (qanunvericiliklə nəzərdə tutulmuş ödənişlər çıxılmaq şərti ilə) 869 008, 3
2 Bonus ödənişləri 608 945, 8
3 Akrhesabı ödənişlər 94 555, 3
4 Xarici şirkətlərlə bağlanmış müqavilələr çərçivəsində dövlət əmlakından istifadə üçün icarə haqqı 586, 4
5 Fondun vəsaitinin yerləşdirilməsindən əldə edilən gəlir 183 784, 1
6 Digər gəlirlər və daxilolmalar 63 613, 3
Cəmi 1 820 493, 2
Neft Fondunun 2003-cü il büdcəsində nəzərdə tutulmuş xərclərin təsdiq edilmiş istiqamətlər üzrə icra vəziyyətini aşağıdakı cədvəl əks etdirir:
SıraN-si XƏRC İSTİQAMƏTLƏRİ Milyon manatla
1 Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli 562 nömrəli “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında”, 2001-ci il 7 sentyabr tarixli 577 nömrəli “Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Ağdam və Füzuli rayonlarından didərgin düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında” və 2002-ci il 13 may tarixli 700 nömrəli “Biləsuvar rayonu ərazisində yerləşən beş çadır düşərgəsində məskunlaşmış məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanlarının icrası ilə bağlı xərclər 99 812,9
2 Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyul tarixli 739 nömrəli Fərmanına əsasən Bakı-Tbilisi-Ceyhan Əsas Neft İxrac Boru Kəməri layihəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsi ilə bağlı xərclər 576 000,0
3 Azərbaycan Respublikasının 2003-cü il dövlət büdcəsinə transfert 500 000,0
4 Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 4 307, 3
Cəmi 1 180 120, 2