DÖVLƏT PROQRAMININ İCRASI İLƏ ƏLAQƏDARTƏDBİRLƏR PLANI HAZIRLANMIŞDIR
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” Ağdaş rayonunda da böyük razılıqla qarşılanmış və adamların sabaha inamını artırmışdır. Bu mühüm tarixi sənəd rayonda görülən işləri daha da sürətləndirmişdir. İcra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu sahədə görüləcək tədbirlər müəyyənləşdirilmişdir.
Dövlət Proqramından irəli gələn vəzifələrin həyata keçirilməsi ilə əlaqədar 11 nəfərdən ibarət komissiya yaradılmış və konkret tədbirlər planı hazırlanmış, onun icrasını sürətləndirmək üçün 4 işçi qrupu yaradılmışdır.