Dövlət Sərhəd Xidməti ilə Milli Antidopinq Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Bakı, 1 fevral, AZƏRTAC
Dövlət Sərhəd Xidməti ilə Azərbaycan Milli Antidopinq Agentliyi arasında (AMADA) əməkdaşlıq haqqında memorandum imzalanıb.
AMADA-dan AZƏRTAC-a bildiriblər ki, Dövlət Sərhəd Xidmətində Agentliyin heyəti ilə görüş keçirilib.
Görüşdə ölkə ərazisinə dövlət sərhədindən dopinq vasitələrinin qanunsuz keçirilməsi və antidopinq qayda pozuntusu məsələləri müzakirə edilib, təmiz idmanın inkişafı üçün iki qurum arasında sıx əməkdaşlığın həyata keçiriləcəyi qeyd olunub.
Əməkdaşlıq çərçivəsində antidopinq qaydalarına əsasən, barəsində araşdırmalar aparılan idmançılar və idmançılara dəstək heyəti, onların ölkəyə giriş-çıxışı haqqında və digər məsələlərlə əlaqədar məlumat mübadiləsinin aparılması razılaşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:32]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO
- 10.10.2026 [18:53]