DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDU QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRƏ YARDIM ETMİŞDİR
Bu məqsədlə keçirlən mərasimdə DSMF sədrinin müavini Zakir Babayev Azərbaycan Prezidenti İlham Əliyevin 1 iyul 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin uğurla icra olunduğunu bildirmişdir.
Qaçqın və məcburi köçkünlər Prezident İlham Əliyevə sosial-məişət problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmiş, dövlətimizin başçısına işğal altındakı torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması naminə yorulmaz fəaliyyətində uğurlar arzulamışlar.