DÖVRİYYƏDƏ OLAN PUL KÜTLƏSİ 5,6 FAİZ ARTMIŞDIR
2003-cü il avqust ayının 1-nə dövriyyədə olan pul kütləsinin həcmi 2331,4 milyard manat təşkil etmişdir. Respublika Milli Bankının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu, 2003-cü il iyul ayının 1-nə olan göstəricidən 5,6 faiz, cari il yanvarın 1-nə nisbətən 15,1 faiz və ötən ilin müvafiq dövründəkindən isə 25,8 faiz çoxdur.
Pul kütləsinin ümumi həcminin 1814 milyard manatı nağd, 517,4 milyard manatı isə nağdsız vəsaitlərin payına düşmüşdür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə avqustun 1-nə nağd pul kütləsi 16,7 faiz, qeyri-nağd pul kütləsi isə 72,5 faiz artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:59]
QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir
- 11.06.2026 [17:11]