ELM VƏ TƏHSİL
DSX-nin Xüsusi Məktəbinin V sinfinə şagird qəbulu davam edir: 235 nəfər ərizəsini təsdiqlədib
![DSX-nin Xüsusi Məktəbinin V sinfinə şagird qəbulu davam edir: 235 nəfər ərizəsini təsdiqlədib](/files/2022/1/1200x630/1644228793680643935_1200x630.jpg)
Bakı, 7 fevral, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin V sinfinə fevralın 1-dən başlanan şagird qəbulu davam edir.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, Xüsusi Məktəbin V sinfinə qəbul imtahanında 2022-ci il dekabrın 31-dək 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan, qəbul aparılan ildə ümumi təhsil pilləsinin IV sinfində təhsil alan, fiziki cəhətdən sağlam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər. İmtahan vermək istəyən namizədlər DİM-in rəsmi internet saytında (www.dim.gov.az) “Şəxsi kabinet” yaratmalı və pul hesabına 40 AZN əlavə etməlidirlər. Daha sonra martın 28-dək dim.gov.az saytının baş səhifəsində yerləşdiriləcək link vasitəsilə elektron ərizəni dolduraraq qeydiyyatdan keçməlidirlər. Bu gün saat 13:55-dək olan məlumata görə, 235 şagird ərizəsini təsdiqlədib.
Ətraflı məlumat DİM-in saytında yerləşdirilib.