Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYININ
QƏTNAMƏSİ

Dünya azərbaycanlılarının II qurultayı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqini, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin hesabatını və nümayəndələrin çıxışlarını dinləyərək qeyd edir ki, I qurultaydan ötən dövrdə xaricdəki soydaşlarımızın təşkilatlanması və öz tarixi Vətəni olan Azərbaycanla əlaqələrinin genişləndirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Qurultay məmnunluqla bildirir ki, son illər Azərbaycan Respublikası iqtisadi inkişaf yolu ilə inamla irəliləmiş, ümumi daxili məhsulun və sənaye istehsalının artım tempinə görə dünyanın lider dövlətinə çevrilmişdir. Həyata keçirilən iqtisadi islahatlar və qlobal əhəmiyyətli transregional layihələr ölkəyə investisiya axınını sürətləndirmiş, adambaşına düşən xarici sərmayələrin həcminə görə Azərbaycanı MDB və Şərqi Avropa məkanında ön mövqelərə çıxarmışdır. Qısa vaxt ərzində respublikanın əksər şəhər və rayonlarının, xüsusən Bakı şəhərinin siması kökündən dəyişmiş, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində təsirli tədbirlər görülmüşdür.

Ölkənin hərbi qüdrəti ildən-ilə artmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən tədbirlər davam etdirilmişdir.

Aparılan hüquqi və siyasi islahatlar Azərbaycanın demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu yolu ilə inamla addımladığını təsdiqləmiş, onun beynəlxalq nüfuzunu yüksəltmişdir. 2003-cü ilin prezident və 2005-ci ilin parlament seçkiləri Azərbaycan dövlətinin və onun vətəndaşlarının demokratik ənənələrə sadiqliyini bir daha sübut etmişdir.

BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi kimi nüfuzlu təşkilatların bərabərhüquqlu üzvü olan Azərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tutmuş, dünya birliyinə daha sıx inteqrasiya olunmuşdur.

Qazanılan uğurlar ölkədə milli birliyin təmin olunmasına öz töhfəsini vermiş, dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların daxili inamını və qürur hissini gücləndirmiş, tarixi Vətənin maraqları naminə daha sıx birləşərək fəaliyyət göstərmələri üçün zəmin yaratmışdır.

Qurultay nümayəndələri dünya azərbaycanlılarının vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürüldüyünü bir daha dərin minnətdarlıq hissi ilə qeyd edirlər. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan MR Ali Məclisi 1991-ci ilin sonunda 31 dekabrı Dünya azərbaycanlılarının həmrəylik və birlik günü elan etmiş, onun bütün ölkə miqyasında dövlət bayramı kimi qeyd olunması üçün Azərbaycan Respublikasının Ali Soveti qarşısında vəsatət qaldırmışdı. 1993-cü ildə yenidən ali siyasi hakimiyyətə qayıdan Heydər Əliyev xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, məskunlaşdıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak etməsi, tarixi Vətənlə əlaqələrinin genişləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxlamış, onların problemlərinin həllini və hüquqlarının müdafiəsini təmin etmək üçün dövlətin imkanlarını səfərbər etmişdi.

Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabrında Bakıda keçirilmiş Dünya azərbaycanlılarının I qurultayı xaricdəki soydaşlarımızın ümumi məqsəd, vahid azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb etmiş, diaspor hərəkatının tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuşdur. Qurultay nümayəndələrinin çoxsaylı təkliflərini nəzərə alan ümummilli liderimiz diasporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin etmək üçün 2002-ci il iyulun 5-də Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərman imzalamışdır. Həmin ilin dekabrında qəbul edilmiş “Xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanun isə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərini və hüquqi prinsiplərini müəyyən etmişdir. Bilavasitə diaspor problemləri ilə məşğul olan dövlət orqanının təsis edilməsi və müvafiq qanunun qəbulu dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da sürətləndirmiş, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yeni imkanlar yaratmışdır.

Təqdirəlayiq haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ümummilli liderimiz tərəfindən müəyyənləşdirilmiş siyasi xəttə sadiq qalaraq, dünya azərbaycanlıları ilə əlaqələrin möhkəmləndirilməsi, güclü Azərbaycan diasporunun və lobbisinin yaradılması məsələlərinə xüsusi diqqət yetirir, bu prosesin təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlərin görülməsini təmin edir. Prezident İlham Əliyevin xarici səfərləri zamanı diasporumuzun nümayəndələri ilə keçirdiyi çoxsaylı görüşlərdə, azərbaycanlı icmalarının təşkil etdiyi forum və konfranslara təbrik məktublarında, Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə müraciətlərində öz əksini tapan fikirlər azərbaycançılıq ideyalarının davam etdirildiyini və uğurla həyata keçirildiyini təsdiq edir.

Son illər Azərbaycan dövlətinin diaspor quruculuğu sahəsində apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində Amerika, Avropa, Asiya və Şimali Afrikanın ayrı-ayrı ölkələrində 80-dən çox yeni azərbaycanlı icması yaradılmış, bununla da xaricdəki soydaşlarımızı birləşdirən qurumların sayı 300-ü ötmüşdür. Hazırda bir ölkə daxilində fəaliyyət göstərən ayrı-ayrı icma və qurumların tədricən vahid mərkəzdə birləşməsi prosesi başlanmışdır. Ukrayna (1997-ci il) və Rusiyanın (2000-ci il) ardınca, 2004-cü ilin mayında 18 icma və təşkilatı birləşdirən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təsis konfransı keçirilmiş, 2005-ci ilin aprelində Kanadada Azərbaycan Təşkilatları Federasiyası yaradılmışdır. 2004-cü ilin aprelində Avropa Azərbaycanlıları Konqresinin təsis edilməsi isə soydaşlarımızın artıq qitə miqyasında təşkilatlanmağa başladıqlarını nümayiş etdirmişdir. Görülmüş tədbirləri qənaətbəxş sayan qurultay, bu istiqamətdə aparılan işlərin digər ölkə və qitələr üzrə də davam etdirilməsini, proses qitələr üzrə başa çatdıqdan sonra isə dünya azərbaycanlılarının vahid təşkilatının yaradılması üçün müvafiq addımların atılmasını tövsiyə edir.

Qurultay təşkilatlanmış azərbaycanlı cəmiyyətlərinin fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi və mədəni həyatında fəal iştirak etmələrini diaspor quruculuğu işinin ən mühüm istiqamətlərindən biri hesab edir. Bir sıra ölkələrin qanunvericilik, icra hakimiyyəti və yerli özünüidarə orqanlarında soydaşlarımızın təmsil olunması, onların yığcam yaşadıqları ərazilərdə “Bazar günü” məktəblərinin açılması, müxtəlif icma və birliklərin nəzdində 27 qəzet, 10 jurnal, 3 radio və 1 televiziyanın fəaliyyət göstərməsi, Azərbaycan Evlərinin, hüquq müdafiə mərkəzlərinin yaradılması, tanınmış elm, ədəbiyyat, mədəniyyət və dövlət xadimlərinin yubileylərinin keçirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə müxtəlif tədbirlərin (yürüş, piket, nümayiş, imzatoplama kampaniyası, elmi konfrans, dəyirmi masa və s.) təşkil edilməsi həmvətənlərimizin ictimai-siyasi fəallığının artmasının göstəricisi kimi dəyərləndirilə bilər. Bu istiqamətdə görülmüş işləri yüksək qiymətləndirən qurultay, soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi və mədəni həyatına daha sıx inteqrasiya olunmalarını alqışlayır və bu işə mütəmadi dəstək verilməsini zəruri sayır.

Son illər dünyadakı türk diaspor təşkilatları ilə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində müəyyən addımlar atılmış, bir sıra məsələlərdə Azərbaycan və türk diasporlarının eyni mövqedən çıxış etməsi, birgə aksiyalar keçirməsi təmin edilmişdir. Azərbaycana dost münasibətdə olan digər millətlərin nümayəndələri, dövlət, elm və mədəniyyət xadimləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə əlaqələr davam etdirilmiş, Vətənimiz haqqında həqiqətlərin dünyaya çatdırılması, Azərbaycan Respublikasının maraqlarının ayrı-ayrı ölkələrdə və beynəlxalq təşkilatlarda müdafiə edilməsi üçün onların potensialından istifadə olunmuşdur. Qurultay bu sahədə aparılan işlərin davam etdirilməsini, birgə fəaliyyət strategiyasının hazırlanması üçün türk və Azərbaycan diaspor təşkilatlarının birgə forumunun keçirilməsini, Azərbaycan lobbisinin təşkilinə yardım edə biləcək şəxslərlə məqsədyönlü iş aparılmasını tövsiyə edir.

Son illər xaricdə yaşayan soydaşlarımız, o cümlədən iş adamları Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına öz töhfələrini verməyə çalışır, iqtisadiyyatın müxtəlif sahələrinə investisiyalar qoyur, doğulduqları bölgələrdə infrastrukturun yeniləşməsinə, abadlıq və quruculuq işlərinə müəyyən kömək göstərirlər. Qurultay sosial-iqtisadi inkişaf proqramlarının həyata keçirilməsinə xaricdə yaşayan azərbaycanlı iş adamlarını geniş cəlb etmək məqsədi ilə onlar üçün hərtərəfli şərait yaradılmasını məqsədəuyğun hesab edir, yaxın gələcəkdə onların forumunun keçirilməsini tövsiyə edir.

Qeyd edilənləri nəzərə alaraq, Dünya azərbaycanlılarının II qurultayı

QƏRARA ALIR:

1. I qurultaydan ötən dövr ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ictimai-siyasi fəallığının artırılması və yaşadıqları cəmiyyətlərə inteqrasiyası, diaspor təşkilatları arasında əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi sahəsində aparılmış işlər qənaətbəxş hesab edilsin.

2. Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesini keyfiyyətcə təkmilləşdirmək, diaspor təşkilatlarının fəaliyyətini daha səmərəli şəkildə əlaqələndirək, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işinin müasir tələblər səviyyəsində qurulmasını təmin etmək, soydaşlarımız arasında ideya birliyinin möhkəmləndirilməsinə və onların tarixi Vətənlə əlaqələrinin gücləndirilməsinə nail olmaq məqsədi ilə Azərbaycan diasporunun fəaliyyət konsepsiyasının hazırlanması məqsədəuyğun hesab edilsin.

3. Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarına və diaspor təşkilatlarına tövsiyə edilsin ki, Dünya azərbaycanlılarının III qurultayına qədərki dövrdə aşağıdakı məsələlərə xüsusi diqqət yetirsinlər:

- bir ölkə daxilində ayrı-ayrılıqda fəaliyyət göstərən icma və qurumların vahid mərkəzdə birləşdirilməsi;

- diaspor təşkilatlarının qitələr üzrə birləşdirilməsi prosesinin davam etdirilməsi, Amerika Azərbaycanlıları Konqresinin və Asiya Azərbaycanlıları Konqresinin təsis edilməsi;

- qitələr üzrə diaspor təşkilatlarının birləşdirilməsi prosesi başa çatdıqdan sonra dünya azərbaycanlılarının vahid təşkilatının yaradılması istiqamətində iş aparılması;

- Azərbaycan və türk diasporlarının birgə fəaliyyət strategiyasını müəyyənləşdirmək məqsədi ilə iki ölkənin diaspor təşkilatlarının forumunun keçirilməsi;

- xarici ölkələrin parlamentlərində, dövlət və yerli özünüidarə orqanlarında azərbaycanlıların daha geniş təmsil olunmaları üçün tədbirlərin görülməsi;

- azərbaycanlı icmalarının fəaliyyət göstərdikləri ölkələrin kütləvi informasiya vasitələri ilə əlaqələrinin yaxşılaşdırılması, yeni müstəqil qəzet, jurnal, radio, televiziya və informasiya agentliklərinin yaradılması prosesinin davam etdirilməsi;

- soydaşlarımızın öz dilinə, mədəniyyətinə, tarixi köklərinə və milli-mənəvi dəyərlərinə bağlılığını qoruyub saxlamaları üçün “Bazar günü” məktəblərinin, teatrların, kitabxanaların açılması, Azərbaycanın elm, ədəbiyyat və incəsənət xadimlərinin iştirakı ilə xarici ölkələrdə ədəbi-bədii gecələrin, konsertlərin və digər tədbirlərin müntəzəm olaraq təşkil edilməsi;

- xaricdə yaşayan iş adamlarının imkanlarından istifadə etməklə icma üzvləri içərisində elm, təhsil, mədəniyyət, incəsənət, idman və digər sahələrdə istedadı olan uşaq, yeniyetmə və gənclərin aşkar edilməsi, onların öz imkan və bacarıqlarını reallaşdıra bilmələri üçün şəraitin yaradılması məqsədi ilə xüsusi proqramların hazırlanıb həyata keçirilməsi, müvafiq fondların yaradılması;

- dünyanın ayrı-ayrı bölgələrində yaşayan azərbaycanlı uşaq və gənclərin ana dilini dərindən öyrənmələri, öz Vətənlərinin təbiəti, tarixi, mədəniyyəti, Azərbaycan xalqının adət-ənənələri və məişəti ilə yaxından tanış olmaları üçün kompleks tədbirlərin görülməsi, onların Azərbaycana səfərlərinin təşkil olunması, yay istirahət düşərgələrində dincəlmələri üçün şəraitin yaradılması;

- bir sıra ölkələrdə yaşayan azərbaycanlıların, habelə əmək miqrasiyası ilə bağlı müvəqqəti olaraq həmin ölkələrə getmiş Azərbaycan vətəndaşlarının hüquqlarının qorunması, zəruri hallarda onlara hüquqi yardımın göstərilməsi məqsədi ilə hüquq müdafiə mərkəzlərinin yaradılması;

- ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edən və Azərbaycan lobbisinin təşkilinə yardım göstərə biləcək insanlarla, soydaşlarımızın yaşadıqları ölkələrin və digər dövlətlərin qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə sıx əlaqələrin qurulması, onlarla ardıcıl və məqsədyönlü iş aparılması;

- xaricdə yaşayan azərbaycanlı iş adamlarının respublikanın sosial-iqtisadi inkişaf proqramlarına geniş cəlb olunması.

4. Redaksiya komissiyasına tapşırılsın ki, qurultayda səslənmiş fikir və təklifləri ümumiləşdirərək, Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarına və diaspor təşkilatlarına təqdim etsin.

5. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən xahiş edilsin ki, qurultayın materiallarının ayrıca kitab halında nəşr olunmasını və bütün qurultay nümayəndələrinə göndərilməsini təmin etsin.

6. Dünya azərbaycanlılarının növbəti qurultayları hər beş ildən bir Bakı şəhərində keçirilsin. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurası ildə bir dəfədən az olmayaraq, öz hesabat yığıncağını keçirsin.

Qurultay qəbul olunmuş qərarların yerinə yetirilməsi üçün azərbaycanlıların icma və təşkilatlarının bütün səy və bacarıqlarını əsirgəməyəcəklərinə, dünya azərbaycanlılarının birliyi ideyasının həyata keçirilməsi üçün öz qüvvələrini birləşdirəcəklərinə, Azərbaycan dövlətinin milli maraqlarını ləyaqətlə müdafiə edəcəklərinə əminliyini ifadə edir.

Qətnamə Dünya azərbaycanlılarının

II qurultayında qəbul olunmuşdur

Bakı şəhəri, 16 mart 2006-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib