Dünya kitabxanaları ilə bağlı videoçarxlar hazırlanıb
Bakı, 12 avqust, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) öz işini virtual formada sosial şəbəkələrdə də davam etdirir.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Kitabxananın şöbə müdiri Aysel İsmayılova "Dünyanın 5 ən gözəl kitabxanası" və "Dünyanın 5 ən böyük kitabxanası" adlı videoçarxlar hazırlayıb.
Dünyanın 5 ən gözəl kitabxanası videoçarxı Danimarkanın Dokk1, Türkiyənin Bəyazid Dövlət Kitabxanası, Norveçin Vennesla Kitabxanası, ABŞ-ın Çikaqo İctimai Kitabxanası və İngiltərənin Bermingem Kitabxanasına həsr olunub. Dünyanın 5 ən böyük kitabxanası videoçarxında isə ABŞ-ın Konqres Kitabxanası, Britaniya Kitabxanası, Nyu-York İctimai Kitabxanası, Rusiya Dövlət Kitabxanası və Rusiya Milli Kitabxanası haqqında məlumat verilir.