Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünya mediası Azərbaycanın Qarabağ bölgəsində başladığı antiterror tədbirlərindən yazmaqda davam edir

Bakı, 19 sentyabr, AZƏRTAC

Dünyanın müxtəlif ölkələrinin tanınmış KİV-ləri Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə bağlı xəbərlər yayımlayıb.

AZƏRTAC xəbər verir ki, məqalələrdə Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərdə başladılan lokal xarakterli antiterror tədbirlərinin məqsədinin 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi olduğu bildirilib.

“Daily Pakistan” nəşrində yayımlanan xəbərdə Azərbaycanın Qarabağ bölgəsində antiterror tədbirləri həyata keçirməyə başladığı qeyd olunub, Azərbaycanın dövlət qurumlarının, o cümlədən Müdafiə Nazirliyinin antiterror tədbirləri ilə bağlı məlumatları diqqətə çatdırılıb. Azərbaycan Müdafiə Nazirliyinin məlumatında lokal xarakterli antiterror tədbirləri çərçivəsində yalnız legitim hərbi obyektlərin və hərbi infrastrukturun yüksək dəqiqlikli silahlarla hədəfə alındığının və sıradan çıxarıldığının bildirildiyi vurğulanıb.

Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən atəş vasitələrinin yaşayış yerlərinin yaxınlığında yerləşdirilməsini nəzərə alaraq, ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa dair çağırış etdiyi də qeyd olunub.

Xəbərdə bildirilib ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra üçtərəfli Bəyanat imzalansa da, Ermənistan həmin dövrdən sonra dəfələrlə atəşkəs rejimini pozub. Həmçinin qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələrinin və Qarabağdakı separatçıların Azərbaycanın həmin ərazilərdə inşa etdiyi yolda və tuneldə basdırdığı minaların partlaması nəticəsində mülki şəxslər və polis əməkdaşları həlak olublar.

ABŞ-ın CNBC televiziyasının elektron versiyasında yayımlanan məqalədə də Azərbaycanın Qarabağ bölgəsində konstitusiya quruluşunu bərpa etmək və Ermənistan silahlı qüvvələrinin birləşmələrini ərazidən çıxarmaq üçün antiterror tədbirlərinə başladığı qeyd olunub. Bildirilib ki, Azərbaycanın Müdafiə Nazirliyi yaydığı bəyanatda lokal xarakterli tədbirlərin məqsədinin Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi olduğu bildirilib. Qeyd edilib ki, Azərbaycan mülki şəxslərin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradıb.

Almaniyanın “Süddeutsche Zeitung” qəzetində yayımlanan məqalədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatlarına istinad edilib. Bildirilir ki, Azərbaycan bölgədə konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirir. Antiterror tədbirlərinin məqsədi 2020-ci ildə baş vermiş sonuncu müharibədən sonra əldə edilmiş atəşkəs razılaşmasına əsasən, erməni hərbi birləşmələrinin bölgədən çıxarılmasını təmin etməkdir.

Alman Radiosunun saytında yerləşdirilən məqalədə qeyd edilib ki, antiterror tədbirlərinin məqsədi Ermənistan silahlı qüvvələrinin Qarabağdakı birləşmələrinin tərk-silah edilməsi, onların bölgədən tamamilə çıxarılmasıdır. Həmçinin Azərbaycan tərəfindən Qarabağın erməni əhalisinin təhlükəsiz əraziyə təxliyəsi üçün humanitar dəhlizlərin və məntəqələrin yaradıldığı qeyd olunub.

Məqalədə Azərbaycanın işğaldan azad edilən ərazilərdə mina partlayışı nəticəsində dörd polis əməkdaşının və iki mülki şəxsin həlak olmasına görə Ermənistan silahlı qüvvələrinin birləşmələrini və Qarabağdakı terrorçuları ittiham etdiyi bildirilib.

Böyük Britaniyanın “The National News” nəşrində yayımlanan xəbərdə Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinad edilərək, antiterror tədbirlərinin əsas məqsədinin Ermənistan silahlı qüvvələrinin Qarabağdakı birləşmələrinin tərk-silah edilməsi, onların bölgədən tamamilə çıxarılması olduğu vurğulanıb.

“Telegraph” qəzetində yayımlanan məqalədə bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyi yaydığı məlumatda mülki əhali və mülki infrastruktur obyektlərinin hədəfə alınmadığını, yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəflərin sıradan çıxarıldığını bəyan edib. Xəbərdə, həmçinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasına da yer verilib. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalinin nümayəndələri ilə Yevlax şəhərində görüşə hazır olduğu diqqətə çatdırılıb. Həmin açıqlamada “Antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır”, - tələbi xüsusi vurğulanıb.

Rusiya mətbuatı da Azərbaycan Ordusunun antiterror tədbirlərinə geniş yer ayırıb. “Moskovskiy Komsomolets” qəzetində dərc olunan məqalədə bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyi lokal xarakterli tədbirlərin Qarabağda sülhün bərqərar olunması və Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması məqsədilə aparıldığını bəyan edib.

“İzvestiya”, “Forbes.ru” nəşrlərində yerləşdirilən yazılarda isə Azərbaycan Ordusunun yalnız Ermənistan silahlı qüvvələrinin legitim hərbi hədəflərinə və hərbi obyektlərinə zərbələr endirdiyi, mülki əhalinin və obyektlərin hədəfə alınmadığı vurğulanıb.

“Kommersant” və “RBK”nın yaydığı xəbərlərdə Azərbaycanın antiterror tədbirlərinə başlamasının Ermənistan tərəfindən Azərbaycan ərazilərinin mütəmadi atəşə tutulması və ərazilərin yenidən minalanması ilə əlaqələndirildiyi qeyd olunub. Bildirilib ki, Azərbaycan Ermənistan ordusunun Qarabağdakı qanunsuz hərbi birləşmələrini tərk-silah etmək, azad edilmiş ərazilərə qayıtmış dinc əhalinin təhlükəsizliyini təmin etmək niyyətindədir.

İspaniyanın “EFE”, “Rtve”, “Notimerica”, “Infobae”, İtaliyanın “Libero Quotidiano” portallarında yayımlanan informasiyalarda Azərbaycan Müdafiə Nazirliyinin altı nəfərin, o cümlədən dörd polis əməkdaşının terror aktları nəticəsində həlak olmasından sonra antiterror tədbirləri həyata keçirdiyi qeyd edilib. Xəbərdə Azərbaycan Prezidenti Administrasiyasının erməni silahlı dəstələrinin ağ bayraq qaldırmayana, bütün silahları təhvil verməyənə və qanunsuz rejim özünü buraxmayana qədər antiterror tədbirlərinin davam etdiriləcəyi bildirilib. Yazılarda, həmçinin Azərbaycanın Qarabağın erməni əhalisi ilə danışıqlara hazır olduğu da qeyd edilib. Məqalələrdə Azərbaycan Müdafiə Nazirliyinin mülki əhalinin təxliyəsi üçün humanitar dəhlizlər yaratdığı da xüsusi vurğulanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ümumi istifadədə olan avtomobil yollarında daha 3 elektron tərəzi quraşdırılıb

Azərbaycan nefti 119,26 dollara satılır

AQTA: Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu işə başlayıb

“AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

Frederik Star: Trans-Xəzər marşrutu regional əməkdaşlığın inkişafına töhfə verir

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir

“Birliyin Gücü-2026”: 3500-dən çox hərbçi və 130 PUA təlimdə

Hərbi qulluqçularımız Gürcüstanda keçirilən dağçılıq təlimində iştirak ediblər

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb

Bakıda CAMCA Regional Forumu işə başlayıb

Azərbaycan qəhrəmanlarından bəhs edən kitab Belarus muzeyinə təqdim olunub

Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir

Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır

Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib

CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb

Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq

Zığ şosesində hərəkət bərpa olunub YENİLƏNİB

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır

Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

“ADEX 2026”: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Milli Məclisin 2026-cı ilin payız sessiyasında ilk plenar iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb