ELM VƏ TƏHSİL
Dünya Robot Çempionatının Azərbaycan üzrə finalı keçirilib


Bakı, 10 iyun, AZƏRTAC
Dünya Robot Çempionatının (WRC) Azərbaycan üzrə finalı keçirilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin komandası robotların qaydasız döyüşü (Botscombat) kateqoriyası üzrə III yeri tutaraq Hindistanda keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.
Qeyd edək ki, qələbə qazanan “İndustry tank” Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin mühəndisləri tərəfindən hazırlanmış döyüş robotudur.