Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 155 milyonu ötüb
Bakı, 5 may, AZƏRTAC
Bu gün səhər saatlarına olan məlumata görə, dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 155 milyon nəfəri ötüb.
AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, hazırda dünyada koronavirusa 155 milyon 4 min 889 yoluxma halı aşkarlanıb. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 3 milyon 241 min 691 nəfərə, sağalanların sayı isə 132 milyon 496 min 345 nəfərə çatıb.
ABŞ COVID-19 infeksiyasına yoluxanların sayına görə dünyada liderliyini davam etdirir. Birləşmiş Ştatlarda koronavirusa 33 milyon 274 min nəfər yoluxub, 592 min 409 nəfər ölüb, 25 milyon 966 mindən çox insan sağalıb.
Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Hindistanda 20 milyon 665 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 226 min 188 nəfər vəfat edib, sağalanların sayı isə 16 milyon 951 min nəfər təşkil edir. İlk üçlükdə yer alan Braziliyada pandemiya dövrü ərzində virusa 14 milyon 860 min nəfər yoluxub, onlardan 411 min 854 nəfər vəfat edib, 13 milyon 442 min xəstə sağalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]