DÜNYANIN ƏN BÖYÜK VULKANI OYANIR
Bu ilin iyul ayından vulkanın yerləşdiyi bölgədə 350-dən artıq zəif yeraltı təkan qeydə alınmışdır. Havay arxipelaqında belə qısa müddətdə bu qədər yeraltı təkan heç vaxt olmamışdır və seysmoloqların narahatlıq keçirməyə tam əsası var ki, Mauna Loa bu gün-sabah “yuxudan oyana” bilər. Yeni püskürmənin nə dərəcədə dəhşətli olacağını bəri başdan söyləmək çox çətindir.
Havay vulkan rəsədxanasının seysmoloqu Pol Okubo demişdir: “Biz vulkanın bu gün, yaxud sabah püskürəcəyini proqnozlaşdıra bilmərik, amma onun oyanacağı ehtimalı gündən-günə artır”.
Mauna Loa vulkanı sonuncu dəfə 1984-cü ildə püskürmüşdür. Onda üç həftə ərzində vulkanın kraterindən Xilo şəhərinə doğru 26 kilometrlik lava uzanıb gedirdi. O vaxtdan həmişəlik “yuxuya getdiyi” güman edilən vulkanın ətəyində 3,3 milyard dollarlıq tikililər ucaldılmışdır.
Okeanın dibindən hesablanarsa, Mauna Loa vulkanının ümumi hündürlüyü təxminən 8 kilometrdir, lakin bu nəhəng dağın, demək olar ki, yarısından çoxu suyun altındadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]