DÜNYANIN ƏN GÜCLÜ BƏDİİ GİMNASTİKA USTALARI MEDALLAR UĞRUNDA MÜBARİZƏYƏ BAŞLADILAR
Yeddi gün çəkəcək yarışlarda 9 dəst medalın sahibləri müəyyən ediləcəkdir. Bu medallara namizədlər arasında İrina Çaşşina (Rusiya), Anna Bessonova, Natalya Qodunko (Ukrayna), İnna Jukova (Belarus), Simona Peyçeva, Elizabet Paisiyeva (Bolqarıstan), Almudena Sid, Cenifer Kolino (İspaniya) və Aliyə Yusupova (Qazaxıstan) kimi məşhur idmançılar var. Azərbaycan gimnastları Dinarə Gimatova, Anna Qurbanova və Vəfa Hüseynova, eləcə də Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay, Alina Tryopina, Anastasiya Prosolova və Olesya Oleninanın yer aldığı qrup hərəkətləri üzrə yığmamız da bu məsul yarışlara ciddi hazırlaşmışlar.
Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrandi başda olmaqla, bu qurumun, habelə bütün qitələrin gimnastika təşkilatlarının rəhbərləri də çempionatı izləmək üçün paytaxtımıza gəlmişlər.
Çempionat başa çatdıqdan sonra oktyabrın 10-11-də Beynəlxalq Gimnastika Federasiyası İcraiyyə Komitəsinin iclası keçiriləcəkdir.
Oktyabrın 3-də isə Heydər Əliyev adına İdman-Konsert Kompleksində Beynəlxalq Gimnastika Federasiyası rəhbərliyinin iştirakı ilə bədii gimnastika üzrə 27-ci dünya çempionatına həsr edilmiş mətbuat konfransı keçirilmişdir.
Qurumun prezidenti Bruno Qrandi konfransda çıxış edərək, sonuncu dəfə Bakıda 2002-ci ildə olduğunu söyləmiş, ötən illərdə Azərbaycanın dinamik inkişaf etdiyini, bədii gimnastika sahəsində əldə olunan nailiyyətləri vurğulamışdır.
Respublika Gimnastika Federasiyasının vitse–prezidenti Altay Həsənov demişdir ki, bu cür mötəbər yarışların Bakıda keçirilməsi ölkəmizin Azərbaycanın həm də idman ölkəsi olduğunu bütün dünyaya bir daha nümayiş etdirmişdir. O, gimnastlarımızın hazırlıq səviyyəsinin yaxşı olduğunu, onların uğurlu çıxışına əminliyini bildirmişdir.
Yarışların ilk günündə dünyanın 8 ən güclü gimnastını müəyyən etmək üçün 150-dək idmançı iki qrupda mübarizə aparmışdır.
Topla hərəkətlərin nəticələrinə görə ilk üçlüyə rusiyalı Olqa Kopranova, İrina Çaşşina və Svetlana Putsinskaya daxildir. Azərbaycan gimnastları Anna Qurbanova və Dinarə Gimatova dördüncü–beşinci yerləri bölüşürlər.
İplə hərəkətlərdə isə ilk iki yeri ukraynalı Anna Bessonova və Natalya Qodunko tutmuşlar. Belaruslu İnna Jukova üçüncü yerdədir. Bolqarıstanlı Simona Peyçeva bu mərhələdə dördüncü, Elizabet Paisiyeva (Bolqarıstan) və Lyubov Çarkatina (Belarus) isə müvafiq olaraq beşinci-altıncı pillədə qərarlaşmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:12]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [21:11]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [20:33]
Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub
- 05.10.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 05.10.2026 [20:00]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [19:49]
Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir
- 05.10.2026 [19:27]
İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb
- 05.10.2026 [19:16]
Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub
- 05.10.2026 [19:10]
AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib
- 05.10.2026 [19:10]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [18:58]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [18:53]
“Yaradıcı Filmaton” layihəsi başa çatıb
- 05.10.2026 [18:43]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [18:23]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
- 05.10.2026 [18:21]
İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub
- 05.10.2026 [18:14]
Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb
- 05.10.2026 [18:12]
Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir
- 05.10.2026 [18:03]
Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir
- 05.10.2026 [18:01]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [17:59]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:58]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:51]
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər
- 05.10.2026 [17:50]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [17:43]
Naxçıvanda DOST Qəbul şöbələri yaradılır
- 05.10.2026 [17:37]
III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib
- 05.10.2026 [17:36]
“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib
- 05.10.2026 [17:30]
“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu
- 05.10.2026 [17:27]
Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH
- 05.10.2026 [17:24]
Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ
- 05.10.2026 [17:17]
Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq
- 05.10.2026 [17:16]