Dünyanın ən yaşlı futbolçusu təmsil etdiyi klubla müqaviləsini daha bir il müddətinə uzadıb
Tokio, 12 yanvar, AZƏRTAC
Dünyanın ən yaşlı futbolşusu, 51 yaşlı Kazuyoşi Miura Yaponiyanın ikinci dəstəsində çıxış edən “Yokohama” klubu ilə müqaviləsini daha bir il müddətinə uzadıb.
AZƏRTAC xəbər verir ki, bu yapon idmançı karyerasına 1986-cı ildə başlayıb. Bundan sonra “Santos”, “Koriçibu”, “Palmeyras”, “Cenoa”, Zaqrebin “Dinamo” komandalarında və digər klublarda çıxış edib. K.Miura dünyanın ən yaşlı peşəkar futbolçusu hesab edilir. Fevralın 26-da onun 52 yaşı tamam olacaq.
Xatırladaq ki, 2017-ci il martın 5-də K.Miura 1965-ci ildə 50 yaşı tamam olduqdan 5 gün sonra “Stock Siti” komandasında rəsmi oyuna çıxmış ingiltərəli Stenli Metyuzanın rekordunu təzələyərək, peşəkar futbol tarixində ən yaşlı idmançı adını qazanıb.
Bundan bir həftə sonra yapon veteran rəsmi oyunda qol vuraraq, futbol tarixində daha bir rekorda imza atıb.
Karyerası boyunca Yaponiya yığmasının tərkibində 89 oyunda 55 qol vurmasına baxmayarq, K.Miura Dünya çempionatlarının heç birində oynamayıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [21:49]
Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal
- 07.06.2026 [21:29]
Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib
- 07.06.2026 [21:23]
SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub
- 07.06.2026 [21:16]
FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər
- 07.06.2026 [20:58]
Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar
- 07.06.2026 [19:30]
Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub
- 07.06.2026 [19:28]
Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO
- 07.06.2026 [19:08]
Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]