Dürdanə Ağayeva: Qara yanvar xalqımın tarixində faciəli gündür
Vaşinqton, 19 yanvar, AZƏRTAC
ABŞ-da çıxan “Jewish Journal” nəşrində Xocalı qırğınının şahidi, bu dəhşətli qətliamdan möcüzəli şəkildə salamat qalmış Dürdanə Ağayevanın Qara Yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunmuş məqaləsi dərc edilib.
Müəllif yazır ki, 1990-cı ilin 20 yanvar səhəri qətlə yetirilmiş dinc azərbaycanlıların qanına boyanmışdı. Moskva Bakıya planlaşdırılan hücumu xalqdan hər vəchlə gizlətməyə çalışmışdı. Yüzlərlə dinc sakin, o cümlədən qadınlar, qocalar və uşaqlar həlak olmuşdu. Komendant rejiminin məhdudiyyətlərinə baxmayaraq, yanvarın 22-də yüz minlərlə azərbaycanlı qətliam qurbanlarını dəfn etmək və xatirəsini əbədiləşdirmək, Vətənə məhəbbətlərini ifadə etmək və ölkənin azadlığı və azad cəmiyyət uğrunda mübarizəyə sadiq olacaqlarını nümayiş etdirmək üçün Bakı küçələrinə çıxmışdılar.
Müəllif xüsusi vurğulayaraq yazır: “Qara Yanvar xalqımın tarixində qara gündür. Amma eyni zamanda ölkəm üzərində sovet nəzarətinə son qoydu. Belə bir zülmətdən azad və müstəqil bir dövlət - Azərbaycan doğuldu”.
Məqalənin sonunda deyilir: “Qara Yanvar hətta amansızlıq və vəhşiliklər qarşısında işıqlı gələcəyə ümid olduğunu göstərən bariz nümunədir”.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]