Azərbaycan Dövlət İnformasiya Agentliyi

Düşmənin viran qoyduğu Füzuli yenidən qurulur REPORTAJ

Düşmənin viran qoyduğu Füzuli yenidən qurulur  REPORTAJ

Füzuli, 18 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Vətən müharibəsindən ötən dövr ərzində Qarabağ və Şərqi Zəngəzur əraziləri tikinti, quruculuq, abadlıq meydanına çevrilib. İşğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi, Füzulidə də genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, kəndlər, qəsəbələr yenidən qurulur, avtomobil və dəmir yolları çəkilir.

AZƏRTAC-ın bölgə müxbirinin işğaldan azad edilmiş ərazilərə növbəti səfərinin ünvanı Füzuli rayonu olub.

Füzulinin sürətlə dirçəldilməsi istiqamətində fasiləsiz işlər görülür

Prezident İlham Əliyevin oktyabrın 16-da Füzuli rayonuna səfəri zamanı ikinci və üçüncü yaşayış komplekslərinin, 240 yerlik uşaq bağçasının, inzibati binanın, idman kompleksinin, Cuvarlı və Qoçəhmədli kəndlərinin təməlini atması, Ağdam-Füzuli avtomobil yolunun tikintisi ilə tanış olması bölgənin sürətlə dirçəldilməsi istiqamətində fasiləsiz işlərin görüldüyünü göstərir.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunan ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov bildirib ki, Füzuli şəhərinin Baş planına uyğun olaraq, əhalinin yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulub. Prezident İlham Əliyev tərəfindən təməli qoyulan ikinci yaşayış kompleksi çoxfunksiyalı zonada yerləşən iki ərazidən ibarətdir. Ümumilikdə 2288 nəfər üçün nəzərdə tutulan kompleks üçün 9 hektardan çox ərazi ayrılıb.

İkinci yaşayış kompleksində ümumilikdə 653 mənzildən 13-ü birotaqlı, 209-u ikiotaqlı, 281-i üçotaqlı, 150-si dördotaqlı olacaq. Üçüncü yaşayış kompleksinin inşası üçün isə 12 hektardan çox torpaq sahəsi ayrılıb. Burada tikiləcək 863 mənzildə 3022 nəfərin yaşaması nəzərdə tutulub. Mənzillərin 18-i birotaqlı, 276-sı ikiotaqlı, 370-i üçotaqlı, 199-u dördotaqlı olacaq.

Hər iki yaşayış kompleksində binaların altında qeyri-yaşayış sahələri, eləcə də həyətdə istirahət meydançası, velosiped və yerüstü avtomobil dayanacaqları inşa ediləcək. Binalar daimi su, elektrik təchizatı və yüksəksürətli internetlə təmin olunacaq. İstilik və isti su təchizatı mərkəzləşdirilmiş qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq.

Oktyabrın 16-da təməli qoyulan uşaq bağçası 2,4 hektar sahədə inşa ediləcək. Layihəyə əsasən, uşaq bağçası üçün əsas bina, oyun zonası, avtodayanacaq və texniki zona yaradılacaq. Məktəbəqədər təhsil müəssisəsinin ikimərtəbəli binasında qrup, inzibati, texniki və tibb otaqları, idman və musiqi zalları, mətbəx olacaq. Burada uşaqların rahatlığı, ilkin biliklərə yiyələnmələri və əylənmələri üçün hər cür şərait təmin ediləcək. Uşaq bağçasının həyətində oyun meydançaları salınacaq və digər zəruri infrastruktur yaradılacaq.

Füzuli şəhərində təməli qoyulan inzibati bina üçün isə 12 hektardan çox sahə ayrılıb. İnzibati binanın inşası üçün 4,4 hektardan çox ərazi nəzərdə tutulub. Burada parad meydanı, bir hektar sahədə park inşa olunacaq. Bundan başqa, digər regional qurumlar üçün də ərazi nəzərdə tutulub. Beş mərtəbədən ibarət inzibati binada ən müasir şərait yaradılacaq.

Qoçəhmədli və Cuvarlı kəndləri tarixi ənənələri qorumaqla müasir üslubda inşa ediləcək

İşğaldan azad olunan Füzuli rayonunda 2026-cı ilin sonuna qədər 22 min nəfərin yaşaması planlaşdırılır. Füzuli şəhərindəki yaşayış məhəllələri ilə yanaşı, rayon ərazisində 10 kəndin bərpası gözlənilir.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunan ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov bildirib ki, oktyabrın 16-da təməli qoyulan Cuvarlı kəndinin layihələndirilən ümumi ərazisi 115 hektardır. Kəndə 1697 nəfərin köçürülməsi planlaşdırılıb. Burada 291 fərdi ev və 2-4 mərtəbəli 21 yaşayış binası tikiləcək. Kəndin inşasının birinci mərhələsi üçün 28,1 hektar torpaq sahəsi ayrılıb və 129 fərdi ev tikiləcək.

Bu mərhələdə kəndə 129 ailənin - 508 nəfərin köçürülməsi planlaşdırılır. Kənddə çoxfunksiyalı inzibati binanın, Bayraq meydanının, kafe-restoranın, mərasim evinin, çörək sexinin, aptekin, idman klubunun, ailə sağlamlıq mərkəzinin, 312 şagird yerlik orta məktəbin, 50 yerlik uşaq bağçasının, istirahət və yaşıllıq zonalarının, klub-icma mərkəzinin, kitabxananın, ticarət obyektinin, bazarın, qonaq evinin tikilməsi nəzərdə tutulub.

Füzuli rayonunda təməli qoyulan Qoçəhmədli kəndinin layihələndirilən ümumi ərazisi isə 94,62 hektardır. Kəndə 1364 nəfərin köçürülməsi nəzərdə tutulub. Burada 341 fərdi evin tikilməsi planlaşdırılıb. Qoçəhmədli kəndində birinci mərhələdə 204 fərdi ev inşa olunacaq. Bunun üçün 18,1 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə kəndə 204 ailə - 710 nəfər köçürüləcək.

Kənddə çoxfunksiyalı inzibati binanın, Bayraq meydanının, kafe-restoranın, mərasim evinin, aptekin, idman klubunun, ailə sağlamlıq mərkəzinin, istirahət və yaşıllıq zonalarının, klub-icma mərkəzinin və kitabxananın, ticarət obyektinin, qonaq evinin tikintisi planlaşdırılıb. Burada əhalinin məşğulluğu üçün hər cür şərait yaradılacaq. 264 şagird yerlik məktəb, 25 yerlik uşaq bağçası da inşa olunacaq.

Hər iki kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Burada da enerjiyə qənaət məqsədilə alternativ enerjidən istifadə olunacaq və istilik tutumlu evlər tikiləcək.

Ağdam-Füzuli avtomobil yolu azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq

2021-ci ilin oktyabrında təməli qoyulan və inşası sürətlə davam edən Ağdam-Füzuli avtomobil yolu Qarabağ iqtisadi rayonu ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılır. Bərdə-Ağdam avtomobil yolunun davamı olan bu yol Ağdam, Ağcabədi və Füzuli rayonlarının ərazisindən keçir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Fərid Qədirov bildirib ki, uzunluğu 64,8 kilometr, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla, birinci texniki dərəcəyə uyğun inşa edilir. Avtomobil yolunun üzərində 5 ədəd körpü, 2 ədəd yolötürücü layihələndirilib. Artıq 1 yolötürücü və 2 körpünün tikintisi başa çatdırılıb, tamamlanma işləri aparılır. Digər körpülərin tikintisi isə davam etdirilir.

Torpaq işlərinin icrası çərçivəsində yararsız süxurun çıxarılması, qazma, yatağın genişləndirilməsi işləri görülür. Həmçinin yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, zəruri olan yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin tikintisi aparılır. Yol əsasının inşası bitən hissələrdə asfalt-beton örtüyünün döşənməsi işləri görülür.

Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yolboyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək.

İşğaldan azad edilmiş ərazilərdə ilk idman kompleksi Füzulidə inşa olunacaq

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Füzulidə idman kompleksi də inşa olunacaq. Füzuli idman kompleksi işğaldan azad edilmiş ərazilərdə təməli qoyulan ilk idman obyektidir.

Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elmir Mehdiyev qeyd edib ki, ümumi sahəsi 17 hektar olan kompleksin baş planına əsasən, burada 200 yerlik tamaşaçı tribunası olan basketbol, voleybol, həndbol, badminton, minifutbol məşqlərinin və yarışların, eyni zamanda, idmanın müxtəlif növləri üzrə turnirlərin keçirilməsinə imkan verən universal zal inşa ediləcək. Bundan başqa, kompleksdə 100 yerlik tamaşaçı tribunası olan üzgüçülük zalı, güləş, cüdo, boks, karate növü üzrə məşq və trenajor zalları yaradılacaq. Binada inzibati otaqlar, kafe, anbar və digər texniki sahələr də nəzərdə tutulub. Burada, həmçinin sauna və masaj otaqları, hakim, həkim, şərhçilər, məşqçilər üçün otaqlar və digər texniki-köməkçi otaqlar olacaq. Plana əsasən, ərazidə süni ot örtüklü minifutbol meydançası, açıq havada idman alətləri ilə təchiz edilmiş meydança və texniki bina da yaradılacaq.

Artıq Qarabağımızın, Füzulimizin yeni - bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrü başlayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində azadlığına qovuşmuş digər ərazilərimizdə olduğu kimi, buraya da yeni nəfəs gəlib. İllərdir düşmənin yağmaladığı, dağıdaraq viran qoyduğu yerlər indi geniş tikinti meydançasına çevrilib. Böyük Qayıdış Proqramı çərçivəsində qısa müddətdə Füzuli şəhərində 258 ailə olmaqla, 928 nəfərin daimi məskunlaşması təmin edilib. Onlar Azərbaycan dövləti tərəfindən müasir üslubda tikilən evlərlə təmin olunublar. Oktyabrın 17-də Füzuli Şəhəri Günü də böyük təntənə ilə keçirildi, sakinlər bir-birilərini təbrik etdilər, doğma yurdlarına qayıtmağın sevincini bölüşdülər. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.

Beləliklə, əminliklə demək olar ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uğurlu və qətiyyətli siyasət, işğaldan azad olunan ərazilərdə fasiləsiz davam etdirilən quruculuq işləri Qarabağ və Şərqi Zəngəzurun hər bir guşəsi kimi Füzulinin də cənnətə çevriləcəyindən xəbər verir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Telman İbrahimov: Mirzə Qədim İrəvaninin yaradıcılığı Azərbaycan incəsənətinin inkişafında mühüm mərhələdir

Murat Kurum: COP31 iqlim dəyişmələri ilə mübarizədə birgə fəaliyyət platformasına çevriləcək

Rəşad Əzizov: Azərbaycanda həyata keçirməyə çalışdığımız yanaşma ekosistemin qurulmasıdır

Akif Quliyev: Həkəri su anbarı 700 minə yaxın əhalini içməli su ilə təmin edəcək

Mədəniyyətlərarası dialoqda yeni mərhələ: “Bakı Prosesi” çərçivəsində mühüm görüş YENİLƏNİB VİDEO

Mədəniyyətlərarası dialoqda yeni mərhələ: “Bakı Prosesi” çərçivəsində mühüm görüş YENİLƏNİB VİDEO

ÜMT: Atmosferdəki karbon qazı və digər əsas istixana qazları rekord səviyyələrə çatıb

Milli Süni İntellekt Mərkəzi: Süni intellekt texniki problemlərin həllini asanlaşdırır

Baş Prokurorluğun Misirin və Maldivin antikorrupsiya qurumları ilə əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb

Almaniya-Azərbaycan biznes konfransı hər iki tərəfin iqtisadi inkişafına təkan verir

Fərid Şəfiyev: Azərbaycan Ermənistanla birbaşa danışıqlar yolu ilə sülhə nail olmağın mümkünlüyünü sübut edib

Xalq yazıçısı: Bir yazıçı üçün ən böyük xoşbəxtlik kitablarının çap olunmasıdır

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

İrakli Xodeli: Rəqəmsal mühitdə texnologiyaları tənzimləyən tərəflərin məsuliyyəti müəyyənləşdirilməlidir

Suvarma kanallarının yenidən qurulması su itkilərinin azaldılmasına imkan verəcək

Almaniya şirkəti: Azərbaycanın iqtisadi inkişafı onun dünya bazarına çıxmasını zərurətə çevirib

BMTMM sədri: Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir

Şri-Lankada əlverişsiz hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

Tacikistanın mədəniyyət naziri: Süni intellekt dillərin inkişafına və mədəni irsin qorunmasına xidmət etməlidir

Qurbanmırat Mıradalıyev: Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir

Hüseyn Hüseynov: Əlverişli maliyyə resurslarına çıxış sahibkarlara dəstəyimizin digər mühüm istiqamətidir

Fərid Şəfiyev: Cənubi Qafqazda sülh və sabitlik Avropanın da maraqlarına xidmət edir

Mirbek Mambataliyev: Qırğızıstan rəqəmsal yeniliklərə və gənclər mübadiləsinə açıqdır

UNCTAD rəsmisi: Rəqəmsallaşma yaradıcı xidmətlərin beynəlxalq ticarətdə inkişafını sürətləndirir

Azərbaycan transsərhəd ticarətə, rəqəmsallaşmaya, yaşıl keçidə yönəlmiş təşəbbüsləri dəstəkləyir

Azərbaycanda yeni anbarların tikintisi su təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir

Amanuel Elias: Rəqəmsal mühitdə irqçilik və ayrı-seçkiliyin qarşısının alınması vacibdir

Ozodbek Nazarbekov: Süni intellektin inkişafını mədəniyyət sahəsində tərəqqiyə yönəltməliyik

Fransada istehlakçı inamı son 13 ilin ən aşağı səviyyəsinə düşüb

Dunay çayı kanalizasiya suları ilə çirklənib

İraqda İŞİD üzvü olan yeddi Fransa vətəndaşına həbs cəzası verilib

BMT rəsmisi: Azərbaycanın “ASAN xidmət” modeli uğurlu nümunə kimi bir sıra ölkələrdə tətbiq olunur

Asa Regner: Qadınların təşəbbüslərinə mane olan stereotiplərə qarşı mübarizə aparırıq

Şarlott Kurtua: Rəqəmsal texnologiyalar mədəniyyətlərarası dialoqun inkişafı üçün geniş imkanlar yaradır VİDEO

Şarlott Kurtua: Rəqəmsal texnologiyalar mədəniyyətlərarası dialoqun inkişafı üçün geniş imkanlar yaradır VİDEO

Hüseyn Hüseynov: Sahibkarlar iqtisadiyyat və mədəniyyətlər arasında mühüm körpü rolunu oynayırlar

Avropa dövlətləri Azərbaycanın regionda formalaşdırdığı yeni siyasi reallıqları qəbul edir - ŞƏRH

Hindistanlı nümayəndə: Bakı forumu beynəlxalq əməkdaşlıq və innovasiyalar üçün mühüm platformadır

Macarıstanlı həvəskar astronom Yerə yaxın yeni asteroid kəşf edib

ICESCO-nun Baş direktoru: Dünyada sülhün təmin edilməsi üçün qlobal hərbi xərclərin yarım faizi kifayətdir VİDEO

ICESCO-nun Baş direktoru: Dünyada sülhün təmin edilməsi üçün qlobal hərbi xərclərin yarım faizi kifayətdir VİDEO

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

S.C.Rzayevin Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Fransa Senatı Korsikaya muxtariyyət verilməsini nəzərdə tutan konstitusiya islahatını rədd edib

M.M.Seyidovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Şarlott Kurtua: Rəqəmsal alətlər tələbələrin biliklərini başqalarına ötürməsinə imkan yaradır

Baş direktor: Azərbaycanda yaradıcı sənayelərin iqtisadiyyatda payı artır

Rəşad Əzizov: Mədəniyyətlərarası Dialoq Forumunun missiyası əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir

FAO və Dünya Bankı: Neft və ərzaq qiymətlərində qlobal təklif şokları inflyasiyaya təzyiqi artırır

Beynəlxalq elmi simpoziumda Azərbaycanın güləş platforması yüksək qiymətləndirilib

Şirvanda beynəlxalq şahmat festivalına yekun vurulub

Fərid Cəfərov: Süni intellektin təsirlərini nəzərə alaraq əməkdaşlıq gücləndirilməlidir VİDEO

Fərid Cəfərov: Süni intellektin təsirlərini nəzərə alaraq əməkdaşlıq gücləndirilməlidir VİDEO

Müşavir: Almaniya iş adamları Azərbaycan ilə əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirməkdə maraqlıdırlar

Darla Deardorff: Mədəniyyətlərarası səriştə gündəlik həyatımızın bir hissəsi olmalıdır VİDEO

Darla Deardorff: Mədəniyyətlərarası səriştə gündəlik həyatımızın bir hissəsi olmalıdır VİDEO

Azərbaycanda süni intellekt üzrə milli dil modelləri hazırlanır VİDEO

Azərbaycanda süni intellekt üzrə milli dil modelləri hazırlanır VİDEO

Migel Anxel Moratinos: Əsas məqsədimiz təşəbbüsləri birgə həyata keçirmək və əməkdaşlığı gücləndirməkdir VİDEO

Migel Anxel Moratinos: Əsas məqsədimiz təşəbbüsləri birgə həyata keçirmək və əməkdaşlığı gücləndirməkdir VİDEO

Nazir müavini: Azərbaycanda 25 mindən çox dövlət qulluqçusunun rəqəmsal bacarıqları artırılacaq VİDEO

Nazir müavini: Azərbaycanda 25 mindən çox dövlət qulluqçusunun rəqəmsal bacarıqları artırılacaq VİDEO

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi “Global Senior Management” proqramı uğurla yekunlaşıb

Yengicə su anbarının tikintisi davam edir

Konqoda Ebola virusuna yoluxanların sayı 10 mini ötüb

Ekspert: İnklüziv təhsil şagirdin sinifdə olmasından daha geniş məna daşıyır - MÜSAHİBƏ

Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun xatirəsi anılıb

Qazaxıstan yerli dron istehsalını genişləndirəcək

Bakı Kitab Sərgisində yeni nəşr: “Mirzə Qədim İrəvani: Zamanların qovşağında”

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Gələn ildən Şimal Dəniz Marşrutu ilə ilboyu yük daşımalarına başlanması gözlənilir

Sabah bəzi yerlərdə yağış yağacaq

Özbəkistanda xərçəngin erkən aşkarlanmasına 59 milyon dollar vəsait ayrılacaq

Dialoq mövcud problemlərin həlli üçün zəruri olan anlaşma mühiti yaradır ŞƏRH

Rəqəmsal gələcək və süni intellekt: VII Dialoq Forumunda plenar iclas VİDEO

Rəqəmsal gələcək və süni intellekt: VII Dialoq Forumunda plenar iclas VİDEO

® “Rabitəbank” “Rabita Junior”un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Xarici diplomatik heyət üzvlərinə qeydiyyat vəsiqəsi veriləcək

Almaniyada avtomobil bir qrup insanın üzərinə sürülüb, xəsarət alanlar var

Gənclər Kitabxanası kitab sərgisi çərçivəsində “Süni intellekt və kitabxana: yeni nəsil təqdimatlar” adlı tədbir təşkil edib

Sudanda PUA hücumları nəticəsində 21 nəfər ölüb, 40-dan çox insan yaralanıb

UNESCO rəsmisi: Davamlı sülh cəmiyyətlərdə qərəzlərin aradan qaldırılmasından və uşaqların təhsilindən başlayır

Oktyabr Hörmüzdə ticarət gəmilərinə hücumların sayına görə son 9 ildə ən çətin dövr olub

“Qarabağ” Futbol Akademiyasının direktoru: Daha cəsarətli oynamalı, topladığımız təcrübəni nəticəyə çevirməliyik

Azərbaycan-Niderland əlaqələrinin inkişafı ölkəmizin Aİ ilə münasibətlərinin strateji önəmini gücləndirir – ŞƏRH

Baş katib: Azərbaycan “Bakı Prosesi” vasitəsilə ölkələri və mədəniyyətləri bir araya gətirir

Adambaşına maliyyələşmə mexanizmi təhsilin keyfiyyətinə müsbət təsir göstərə bilər - ekspert

Gecə saatlarında əməliyyat – “zərərçəkənlər” xilas olundu VİDEO

Gecə saatlarında əməliyyat – “zərərçəkənlər” xilas olundu VİDEO

Hidayət Heydərov çəki dərəcəsini dəyişməyəcək

Hesablama Palatasının sədri Vyetnamda beynəlxalq konfransda çıxış edib

Sudan hökuməti ölkədə aclıq təhlükəsi barədə xəbərdarlıqlara münasibət bildirib

Komitə rəsmisi: Üç rayonda yeni Ailə Mərkəzinin yaradılması istiqamətində işlər aparılır

Tbilisi Mərkəzi Dəmir Yolu Vağzalı əsaslı təmir olunur

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 oktyabr

Hörmüz böhranı istehlakçılara əlavə 468 milyard dollara başa gəlib

Şərurda 14 min tonluq 32 soyuducu anbar tam dolub – itkisiz tədarük VİDEO

Şərurda 14 min tonluq 32 soyuducu anbar tam dolub – itkisiz tədarük VİDEO

Qədim süxurlarda zəlzələlərin sunaminin yaranmasına təsirini göstərən izlər aşkarlanıb

ICESCO-nun Baş direktoru: “Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb

BMT rəsmisi: Dini və mədəni obyektlərin qorunması dinc birgəyaşayış üçün böyük əhəmiyyət daşıyır

Qərbi Azərbaycan folkloruna həsr olunmuş elmi konfransın materialları nəşr edilib

Azərbaycanda kibertəhlükəsizlik üzrə ixtisaslı yerli mütəxəssislər hazırlanacaq

Ağdam Sənaye Parkında yem istehsalı müəssisəsi yaradılacaq

Bağçalarda yeni inkişafetdirici layihə: “Yaradaq, quraq!”

Bankların kredit portfeli 33,7 milyard manata çatır

Sentyabrda bankların cəmi aktivləri 1,8 faiz artıb

Saçını düzləşdirən qadın xəstəxanalıq olub

Qazaxda kişi meyiti tapılıb

Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verilib