Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ədalətsiz və təxribatçı addım: ABŞ Nümayəndələr Palatasının tarixi səhvi

Ədalətsiz və təxribatçı addım: ABŞ Nümayəndələr Palatasının tarixi səhvi

Budur, daha bir ölkə insanlığa qarşı haqsızlıq etdi. Xocalıda törədilən soyqırımından söz açmadı, ancaq 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələri "soyqırımı" kimi tanıdı. Yaxın Şərqdə uzun onilliklər boyu məhv edilən məzlumlar - uşaqlar, qocalar, qadınlar yada düşmədi. Tarixdən silinən xalqlar unuduldu. Lakin növbəti dəfə uydurma "erməni soyqırımı" iddialarını gündəmə gətirdilər. Və bunu özünü dünya demokratiyasının beşiyi sayan ABŞ-ın qanunvericiləri etdi. "Erməni soyqırımı"nı Amerika Konqresinin Nümayəndələr Palatasının tanıması islamafob, antimüsəlman və antitürk meyillərin güclənməsinin təzahürü olmaqla yanaşı, bu ölkənin tarixində bir ləkə kimi də xatırlanacaq. Zaman gələcək, amerikalılar bu hadisədən xəcalət çəkəcəklər. İndi Konqresdə timsah göz yaşlarını tökənlərin övladları utanacaqlar. Hələlik isə bu hadisədən öz geosiyasi, ideoloji, təbliğati və informasiya maraqları üçün istifadə etməyə çalışanlar vardır. Onlar da bumeranqa rast gələcəklər. Bütün bunların fonunda Konqresin aşağı palatasının qəbul etdiyi qərarın qlobal geosiyasi mühitə mümkün təsirləri üzərində geniş dayanmağa ehtiyac duyuruq.

Tarixə haqsızlıq: Amerika bu addımı da atdı

Amerika növbəti ədalətsiz addımını atdı. Bu ölkə Konqresinin Nümayəndələr Palatası qondarma "erməni soyqırımı"nı tanıdı. Bütün dünya bu hadisəyə reaksiya verdi. Belə görünür ki, bir sıra dairələr bu ədalətsizlikdən ideoloji və təbliğat vasitəsi kimi istifadə etməyə çalışırlar. Onlar "dərin" analizlərlə Konqresin heç nəyə yaramayan bu kağızından harada və necə istifadə etməyi müzakirə etməyə çalışırlar. Məsələnin bütün bəşəriyyət üçün üzqarası sayıla biləcək tərəfi isə kölgədə qalmaqdadır.

Problem onunla bağlıdır ki, bu hadisə ABŞ-ın Suriya məsələsi və S-400-lərə görə Türkiyədən "intiqam alması" kimi təqdim edilir. Belə çıxır ki, əgər Türkiyə Suriyada ABŞ-a boyun əysə idi və S-400-ləri almasa idi, onda 100 il əvvəl erməniləri "soyqırımı"na uğradan olmayacaqdı. Yəni, faktiki olaraq, bu addım bütün dünyaya bir təhdiddir. Onun mənası çox sadədir: "əgər Amerikanın dediyi ilə oturub durmasanız, onda Marsda da soyqırımı törədən ola bilərsiniz və bu zaman "Marsda həyat yoxdur" həqiqəti keçərli deyil, əsas odur ki, Vaşinqtonda nə düşünürlər!"

Digər düşündürücü məqam ondan ibarətdir ki, "soyqırımı" məsələsinə Amerikadakı "Xristianları müdafiə" təşkilatı aktiv dəstək verib. Dünyəvilikdən, demokratiyadan, mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında dialoqdan dəm vuran bir ölkədə dini ayrı-seçkilik edənlər iş başındadırlar? Yəni ancaq xristianların hüquqlarını müdafiə edirlər? Başqa dinə qulluq edənlər insan deyillər?

Lakin məzhəkə bununla bitmir. Amerika Konqresi Türkiyəyə qarşı həm də sanksiyalar məsələsini qabardıb. Qərara alıblar ki, Türkiyənin rəsmi şəxslərinə qarşı sanksiya tətbiq etsinlər və buraya Rəcəb Tayyib Ərdoğanın ailəsinin də maliyyə fəaliyyəti daxil edilsin. Soyqırımı və sanksiya! Əhsən, Amerika, sən necə də "böyük və qüdrətlisən"! Suriya və İraqda 100 minlərlə insanı qətlə yetirib adını da "terrorla mübarizə" qoyursan! Sonra 1915-ci il hadisələrindən "soyqırımı" düzəldirsən və həm də açıq deyirsən ki, mən müstəqil dövlətləri sevmirəm!

Bütün bunları ABŞ ATƏT-in Minsk qrupunun həmsədri ola-ola edir. Guya Amerika Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini dinc yolla ədalətli həll edənlər sırasındadır. O, həm Dağlıq Qarabağdakı quldur, qeyri-legitim, terrorçu rejimə yardımlar göstərir, həm Ermənistanda hakimiyyət çevrilişləri edir, həm erməni diasporuna hamiliyini əsirgəmir, həm də "ədalətliyəm və tərəfsizəm" deyir. İnsafən, digər həmsədr dövlətlər bunlardan elə də fərqlənmirlər. Uzun illərdir ki, nə münaqişə həll edilir, nə də həqiqətlər real etiraf edilib, təcavüzkara qarşı addım atılır.

Məsələn, Xocalıda əsl soyqırımının olduğunu hamı bilir. Son olaraq ingilis jurnalist erməni nazirin üzünə dedi ki, "siz Dağlıq Qarabağda hərbi cinayətlər törətmisiniz". Bundan başqa, dünyanın bir sıra ölkələrinin parlamentləri Xocalı soyqırımını tanıyıb. Ancaq ATƏT-in Minsk qrupunun hansı həmsədri bu məsələyə açıq, vicdanlı, ədalətli və obyektiv münasibətini bildirib? Əvəzində onların hər biri - Fransa, Rusiya və indi də ABŞ, 1915-ci il hadisələrini tanıyıblar. Bu mövqedə olanlar hansı ədalətlə Ermənistanın təcavüzkar olduğunu konkret deyib, münaqişənin sülh yolu ilə obyektiv həllinə çalışacaq?

İllərdir ki, Azərbaycan diplomatiyası böyük fəallıqla həqiqətləri dünyaya çatdırır. Təsadüfi deyil ki, Qoşulmama Hərəkatının simasında dünyanın 120 ölkəsi Ermənistanın təcavüzkar olduğunu birmənalı qəbul etdi. Təsəvvür edin ki, BMT də daxil olmaqla bir sıra beynəlxalq təşkilatlar sənədlərində yazırlar ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və oranı qeyd-şərtsiz tərk etməlidir. Bəs həmsədrlər bunun müqabilində hansı addımları atırlar? Biri frankofoniyanı İrəvanda keçirir, digəri bütün sahələrdə havadarlıq edir, üçüncüsü isə maliyyə yardımı göstərir, müxtəlif hoqqalardan çıxır. Belə bir vəziyyətdə onların heç biri münaqişənin ədalətli həllinə çalışmaz. Əksinə, Türkiyə təcrübəsi göstərir ki, fürsət düşəndə çox ədalətsizcəsinə və qətiyyən çəkinmədən ermənilərin xeyrinə addım atacaqlar!

"Domino effekti": dünyada neçə soyqırımı olub?

Bunlardan başqa, ABŞ Konqresinin bu qərəzli addımı bütün dünyada çox təhlükəli bir tendensiyaya təkan verə bilər. Çoxlu sayda dövlətlər çoxlu sayda soyqırımları tanımağa başlayarlar. Bu, bir yarışa, hətta rəqabətə çevrilə bilər. Çünki dünyanın bütün dövlətləri müharibə ediblər. Xüsusilə Amerika, Avropa, Rusiya, Çin, Yaponiya, Braziliya, Argentina və b. Müharibədə də mütləq insanlar həlak olur, itkin düşürlər, onlara işgəncə verənlər tapılır. Yəni, potensial olaraq dünya miqyasında minlərlə "soyqırımı" faktları mövcuddur. İndi onların hamısını parlamentə çıxarmaq lazımdır. Niyə də olmasın? Başqa xalqların ermənilərdən nəyi əskikdir?

Məsələn, Mərkəzi asiyalılar çar Rusiyası dövründə qırğızların soyqırımını niyə gündəmə gətirməsinlər? Çinin uyğurlara qarşı etdiyi zülm niyə gündəmə gətirilməsin? Myanmarda törədilən soyqırımı nədən qəbul edilməsin? Fransanın Afrikada (Ruanda, Əlcəzair və s.) törətdiyi niyə soyqırımı kimi qəbul edilməsin? Amerikanın hinduları yer üzündən silməsi hansı səbəbdən soyqırımı olmasın? Amerikalıların İraqda, Əfqanıstanda, Suriyada, Liviyada və başqa ölkələrdə törətdikləri kütləvi qətllərin adı nədir? Azərbaycanlıların sovet dönəmində təkrar-təkrar deportasiya olunmaları, Sibirə sürgün zamanı onminlərin şəraitsizlikdən vəfat etmələri niyə unudulsun? Almanların İkinci Dünya müharibəsində çoxlu sayda xalqlara qarşı törətdikləri vəhşiliklər niyə soyqırımı olmasın və sair? Mayyaların Meksikada yox edilməsi soyqırımı deyilmi?

Hələ çox hadisələri sadalamaq olar. Lakin bu cür yanaşmanın təhlükəli və xeyli dərəcədə zərərli olduğunu görmək üçün də vurğulanan nümunələr kifayətdir. Əsas məsələ odur ki, müasir dünyada ədalət və beynəlxalq hüquq kənara atılıb. Gücü çatanlar öz maraqları naminə ən qəddar, ədalətsiz və hüquqa sığmayan hərəkətlərindən qalmırlar. Adını da adətən demokratiya, sivillik, terrorla mübarizə qoyurlar. Reallıq isə başqadır: hər yerdə haqsız yerə insanlar qətlə yetirilir, ümumiyyətlə, insan olana qarşı soyqırımı törədilir.

Bunların prizmasından ABŞ Konqresinin Nümayəndələr Palatasının çıxardığı qərar son dərəcə əsassız, qərəzli və hüquqa tam zidd hadisə kimi görünür. Bu ədalətsizliyi dünyanın 30-a yaxın dövləti edib. Görünür, proses davam edəcək. İndi Türkiyə parlamenti öz mövqeyini bildirməlidir. Çox güman ki, Türkiyə də hansısa cavab addımını atacaq. Sonra başqa bir ölkə parlamenti analoji hərəkət edəcək və s.

Müasir fransız tarixşünası Pyer Nora Fransa parlamentinə etiraz olaraq bəyan etmişdi ki, parlament keçmişdə baş verən hadisələrə hakimlik etməməlidir. Onun işi müasir cəmiyyət üçün qanun yaratmaqdır. Tarixlə tarixçilər məşğul olmalıdırlar. Parlament keçmiş haqqında indiki ölçülərlə hansısa qərar çıxarırsa, bu, məntiqsizlikdir, reallığa uyğun deyil. Çünki keçmişdəki şərtlər tam fərqli olub, onlara siyasi qiyməti indiki meyarlarla vermək süni, qərəzli və intriqa yaradan bir addımdır. Görünür, bu məşhur tarixçini Qərbdə eşidən yoxdur.

Belə çıxır ki, faktiki olaraq, Amerika Nümayəndələr Palatası dünya miqyasında vəziyyəti gərginləşdirən addım atıb. Olmayan bir hadisəni siyasi motivlərə görə real baş verən kimi tanımaqla, beynəlxalq hüququ tapdalayıb, bəşəriyyətin vicdanına xəyanət edib. Təbii ki, Türkiyə bu saxta sənədi tanımayacaq və qəbul etməyəcək. Ankara öz yoluna davam edəcək. Müstəqil siyasətini inkişaf etdirib, daha da güclənəcək. Dünya miqyasında sayılan və sözü eşidilən dövlət olaraq yeni zirvələrə yüksələcək. "Soyqırımı" oyunundan dividend götürmək istəyən ölkələr də heç nə qazana bilməyəcəklər. Əksinə, bumeranq onların öz başında partlayacaq.

Lakin başlıca məqam ondan ibarətdir ki, dünyanın artıq ədalət hissinə inamı qalmayıb. Bu da qarşılıqlı şübhə, etimadsızlıq və nifrət oyadır. Belə davam etsə, doğrudan da yeni dünya müharibəsi meydana gələ bilər. Bundan heç kəsin xeyir götürməyəcəyi aydındır. Azərbaycan isə bir daha əmin olur ki, münaqişəni ədalətli həll etməyə məsul olanların özləri yeni-yeni ədalətsizliklər edirlər! Belə bir şəraitdə əlac Azərbaycan Ordusuna qalır! Müharibəni biz istəmirik, qarşı tərəf və onun havadarları şantaj edirlər!

 

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb