Edinburq Britaniya şəhərləri arasında ilk dəfə turist vergisi tətbiq edəcək
Bakı, 8 fevral, AZƏRTAC
Şotlandiyanın paytaxtı Edinburq Böyük Britaniya şəhərləri arasında ilk dəfə 2 funt-sterlinq məbləğində turist vergisi tətbiq edəcək.
AZƏRTAC “The Times” qəzetinə istinadla xəbər verir ki, müvafiq qərar bu yolla hər il xəzinəni 14,6 milyon funt sterlinqlik əlavə gəlirlə doldurmağa ümid edən şəhər şurası tərəfindən qəbul olunub. Vergi qonaqların gecələdiyi otel nömrələrindən ilk yeddi gün ərzində gündəlik tutulacaq. Kempinqlər - avtoturistlər üçün nəzərdə tutulan düşərgələr istisna təşkil edəcək.
Ümumşəhər məsləhətləşmələrində iştirak edən Edinburq əhalisinin 91 faizi turizm vergisinin tətbiqini dəstəkləsə də, Böyük Britaniyanın şimal regionunda bu sahə ilə məşğul olan təşkilatlar və otel sahiblərinin yarıdan çoxu verginin əleyhinə çıxıb.
Turizmin müxtəlif sahələrinin maraqlarından çıxış edən “UK Hospitality” təşkilatının fikrincə, yenilik turizm sektoruna mənfi təsir göstərəcək və rəqabət baxımından Şotlandiyanın qlobal reputasiyasına zərər vuracaq.
Xatırladaq ki, turist vergisi hazırda Paris və Barselona şəhərlərində tətbiq olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]