Əfqanıstanda “Taliban”ın hücumları nəticəsində səkkiz hərbçi həlak olub
Bakı, 16 may, AZƏRTAC
Əfqanıstanın şərqində yerləşən Paktiya əyalətində “Taliban” hərəkatının hücumları nəticəsində azı səkkiz hərbçi həlak olub, doqquz nəfər isə yaralanıb.
AZƏRTAC 1TV News telekanalına istinadla xəbər verir ki, taliblər gecə saatlarında Maçalqu bəndi rayonunda nəzarət-buraxılış məntəqələrinə hücumlar ediblər. Əfqanıstan ordusu isə öz növbəsində döyüşlər zamanı həmin rayonda doqquz silahlının öldürüldüyünü, beşinin isə yaralandığını bildirib.
Qeyd edək ki, Əfqanıstanda sülh prosesinin başlamasına baxmayaraq “Taliban” hərəkatı ilə hökumət qüvvələri arasında qarşıdurma davam edir. Fevral ayının sonlarında Qətərdə ABŞ və “Taliban” hərəkatı 18 ildən çox davam edən müharibə ərzində ilk sülh sazişi imzalayıb. Saziş 14 ay ərzində xarici qüvvələrin ölkədən çıxarılmasını və tərəflər arasında dialoqun başlamasını nəzərdə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]
Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib
- 10.10.2026 [08:42]
Çin SatNet internet peyklərini orbitə çıxardı
- 10.10.2026 [08:16]
"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]