Əfqanıstanda vitse-prezidentliyə namizədin ofisinə silahlı hücum nəticəsində 20 nəfər ölüb
Bakı, 29 iyul, AZƏRTAC
Əfqanıstanın paytaxtı Kabildə vitse-prezidentliyə namizədin ofisinə silahlı hücum nəticəsində 20 nəfər ölüb, 50-dən çox adam yaralanıb. AZƏRTAC “DawnNews” telekanalının saytına istinadla xəbər verir ki, bu ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Nüsrət Rəhimi yaralıların bir neçəsinin vəziyyətinin ağır olduğunu, ölü sayının artacağını bildirib.
Daxili İşlər Nazirliyinin məlumatında bildirilir ki, “Yaşıl Trend” partiyasından vitse-prezidentliyə namizəd, ölkənin təhlükəsizlik xidmətinin sabiq rəisi Əmrullah Salehin ofisinə qumbaraatanlar və avtomat silahlarla basqın nəticəsində çoxlu insan tələfatı və dağıntılar olub. Təhlükəsizlik qüvvələri ilə “Taliban” hərəkatının silahlıları arasında atışmalar uzun müddət davam edib. Ofisin yaxınlığında yerləşən binalarda olan 85 dinc sakin təxliyə edilib.
Kabilin polis rəisi Ferdous Fərəməz qeyd edib ki, silahlı atışma ofisin yaxınlığında bomba qoyulmuş avtomobilin partladılmasından sonra başlayıb. Partlayış çox şiddətli olduğundan, Kabilin ətraf rayonlarında da hiss edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]