Əfqanıstanın Herat əyalətində daşqınlar 13 nəfərin həyatına son qoyub
Bakı, 4 may, AZƏRTAC
Əfqanıstanın şimal-qərbində yerləşən Herat əyalətində daşqınlar nəticəsində 13 nəfər həlak olub.
AZƏRTAC Tolo News telekanalına istinadla xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Əyalət qubernatorunun sözlərinə görə, ölənlər arasında dörd qadın və uşaq var. Kənd təsərrüfatı sahələrinə ciddi zərər dəyib, onlarla baş iribuynuzlu mal-qara tələf olub. Əyalətdə daşqınlara səbəb olan leysan yağışlar aramsız olaraq iki gündür davam edir.
Bir qədər əvvəl yerli KİV-lər ölkənin şimal-şərqindəki Samanqan əyalətində üç nəfərin qəfil selin qurbanı olduğu barədə məlumat yayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]