Əfqanıstanın İstanbuldakı Baş konsulluğuna yeni heyət təyin edilib
Bakı, 28 fevral, AZƏRTAC
Əfqanıstanın müvəqqəti hökuməti ölkənin İstanbuldakı Baş konsulluğuna yeni heyət təyin edib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Əfqanıstan Xarici İşlər Nazirliyinin tviter sosial şəbəkəsindəki hesabında yerləşdirilib.
Fevralın 27-də Əfqanıstan hökuməti Tehrandakı səfirliyinə də yeni diplomatlar qrupu göndərib.
Xatırladaq ki, 2021-ci ildə ABŞ-nin öz hərbçilərini ölkədən çıxarmaq barədə qərarından sonra “Taliban” hərəkatı Əfqanıstanda hakimiyyəti ələ almaq üçün genişmiqyaslı əməliyyata başlayıb. Həmin il avqustun 15-də taliblər Kabilə döyüşsüz daxil olub, Prezident Əşrəf Qani ölkəni tərk edib. Sentyabrın 6-da bütün Əfqanıstan ərazisinin nəzarətə götürüldüyünü elan edən hərəkat ertəsi gün müvəqqəti hökuməti formalaşdırıb. Lakin bu hökumətin legitimliyi hələ ki, heç bir ölkə tərəfindən tanınmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]