Əfqanıstanla sərhəddə Pakistan ordusunun 6 əsgəri həlak olub
Bakı, 27 iyul, AZƏRTAC
Əfqanıstanla sərhəddə Pakistan ordusunun 6 əsgəri həlak olub. AZƏRTAC DawnNews telekanalının saytına istinadla xəbər verir ki, bu məlumatı Pakistan Silahlı Qüvvələrinin qərargahı yayıb.
Məlumatda bildirilir ki, Pakistanın Şimali Vəziristan rayonunun Gurbaz qəsəbəsinin yaxınlığında yerləşən sərhəd-buraxılış məntəqəsi Əfqanıstan tərəfindən atəşə tutulub. Burada xidmət edən 6 əsgər həlak olub, bir neçə hərbi qulluqçu da yaralanıb. Sərhəd Xidmətinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi bildirib ki, terrorçular Pakistan ordusunun əsgərlərinin bu ərazidə keşik çəkdiyi bütün sərhədboyu məntəqələri atəşə tutublar. Əsgərlərin açdığı cavab atəşindən sonra silahlı qruplaşmanın üzvləri dağlara qaçıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]