“Ekol Mühəndislik Xidmətləri” QSC-nin istehsalat sahələrində yaşıllaşdırma işlərinə xüsusi diqqət yetirilir
Bakı, 20 avqust (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) istehsalat sahələrində iş şəraitinin və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətdə mütəmadi olaraq məqsədyönlü tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, QSC-nin inzibati təsərrüfat şöbəsinin təcrübəli mütəxəssislərinin və bağbanların fəaliyyəti nəticəsində ötən ildə olduğu kimi, cari ildə də yaşıllıq sahələri genişləndirilmiş, ağac və bəzək kollarının sayı xeyli dərəcədə artırılmışdır. Yaşıllıq sahələri müasir suvarma sistemləri ilə təchiz olunmuşdur.
QSC-də istehsalat proseslərinin təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqi nəticəsində atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması da yaşıllıqların inkişaf etməsinə öz müsbət təsirini göstərmişdir.