Ekologiya İdarəsində “Sağlam gələcək naminə fiziki fəal ol” adlı təlim keçirilmişdir
Bakı, 27 aprel (AZƏRTAC). Aprelin 26-da İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Gənclərin İnkişafı” İctimai Birliyi tərəfindən “Coca-Cola” Fondunun iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Eko Mərkəzində ekologiya idarəsinin işçiləri üçün “Sağlam Gələcək naminə fiziki fəal ol” adlı təlim keçirmişdir.
AZƏRTAC xəbər verir ki, təlim zamanı İSİM-in əməkdaşları fiziki hərəkətsizlik davranış risk faktorları haqqında məlumat vermiş, Azərbaycanda ölüm hallarının səbəblərindən ürək-damar xəstəliklərinin 51 faiz olduğunu qeyd etmişlər.
Sonra ofis şəraitində işləyənlər üçün necə fiziki aktiv olmalarına dair məruzələr dinlənilmiş, əyani məşğələlər göstərilmişdir. Təqdimatda sağlam həyat tərzi, sağlamlıq üçün fiziki aktivlik üzrə tövsiyələr, sağlam qidalanma və fiziki aktivliyə davamlı, planlaşdırılmış və sistemli yanaşma, düzgün qidalanmanın 3 əsas prinsipi, suyun faydaları, zərərli vərdişlərdən uzaq olma haqqında məlumatlar əksini tapmışdır.
Sonda təlim iştirakçılarına maarifləndirici buklet və plakatlar paylanılmışdır.
Layihənin məqsədi qeyri-infeksion xəstəliklərin qarşısının alınması məqsədilə əhali arasında fiziki aktiv olmağı təbliğ etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]