Ekologiya idarəsinin mütəxəssisləri təlim kursunda iştirak etmişlər
Bakı, 4 may (AZƏRTAC). Ekologiya idarəsinin mütəxəssisləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə və müəssisələrində ekoloji təhlükəsizlik məsələlərinə diqqətin artırılması, müəssisələrin gündəlik istehsal fəaliyyətinin ətraf mühitin mühafizəsi tələblərinə uyğun aparılmasına nəzarətin gücləndirilməsi məqsədilə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin kadr hazırlığı mərkəzində 10 müddətində keçirilən geniş profilli təlimlərdə iştirak etmişlər.
AZƏRTAC xəbər verir ki, təlimlər əsasən təhlükəsizlik texnikasının qaydaları, İSO 14001 ekologiya idarəetmə sistemi üzrə auditin keçirilmə qaydaları, ekoloji risklər və onların idarə olunması, iqlim dəyişmələrinə təsirin azaldılması, ətraf mühitin mühafizəsi sahəsində qanunvericilik, yaşıllaşdırma işinin aparılması qaydaları, müəssisələr üzrə ətraf mühitin ilkin ekoloji göstəricilərinin təyini, ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsi, neft və neft məhsulları ilə çirklənmiş torpaqların bərpası, su hövzələrinin, qrunt və lay sularının idarə olunması və başqa istiqamətləri əhatə etmişdir.
İdarənin mütəxəssisləri təlimləri müvəffəqiyyətlə başa vuraraq sertifikatlar əldə etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]