Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 200-dən çox əməkdaşı qanvermə aksiyasına qoşulub
Bakı, 1 noyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyində növbəti qanvermə aksiyası keçirilib.
Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım göstərilməsi məqsədilə keçirilən aksiyaya nazirliyin 200-dən artıq əməkdaşı qoşulub.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Aksiyada Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının xüsusi tibb briqadasının həkim hematoloqları tərəfindən hər bir donorun sağlamlığı yoxlanıldıqdan sonra onlardan qan götürülüb.
ETSN talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkənlərə dəstək vermək və onları həyata bağlayan bir ümid olmaq üçün səhhəti imkan verən hər kəsi bu xeyirxah aksiyaya qoşulmağa çağırır.