“EKOLOJİ PARK”DA DAMCI ÜSULU İLƏ SUVARILMA TƏTBİQ EDİLİR
Bakı, 6 avqust (AZƏRTAC). Yaşıllaşdırma işləri həyata keçirilən zaman mühüm məsələlərdən biri bitkilərin suya olan tələbatının düzgün ödənilməsidir. Hər bitkinin suya tələbatı onun növündən, becərilmə şəraitindən asılı olaraq müəyyən edilir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qurumun Ekologiya İdarəsi tərəfindən yaradılmış “Ekoloji Park”da damcı üsulu ilə suvarılmaya başlanılmış və yeni əkilmiş ağacların bu üsulla suvarılması müvəffəqiyyətlə həyata keçirilməkdədir. Mütəxəssislərin fikrincə, müasir yaşıllaşdırma işlərində tətbiq edilən suvarma üsulları içərisində Abşeron şəraiti üçün ən səmərəli olanı və iqtisadi cəhətdən ən sərfəlisi məhz damcı üsuludur. Bu yolla suvarma zamanı istifadə edilən su bitkinin kökünə daxil olaraq suya olan tələbatını ödəyir, beləliklə də bitkilər ifrat suvarmadan qorunur. Bu üsul istənilən relyef şəraitində tətbiq oluna bilir və bitkilərin məhsuldarlığının yüksəlməsinə səbəb olur. Damcı üsulunda sistemə daxil olan su filtrdən keçərək mexaniki qarışıqlardan və yosunlardan təmizlənməli, kolloidlərin qatılığı sudan az olmalıdır. Əks halda yüksək qatılıqlar damcılayıcı qurğuların tutulmasına və hətta sıradan çıxmasına səbəb ola bilər. Bunu nəzərə alan mütəxəssislər “Ekoloji Park”da suyun çirkli olduğu hallarda onu durultduqdan sonra istifadə edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]
Hazırda Bakıda küləyin sürəti saniyədə 22 metrə çatır – FAKTİKİ HAVA
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib
- 27.09.2026 [23:20]
Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib
- 27.09.2026 [23:16]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [23:11]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
- 27.09.2026 [23:08]
27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH
- 27.09.2026 [22:17]
Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib
- 27.09.2026 [22:04]
ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib
- 27.09.2026 [21:58]
AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib
- 27.09.2026 [21:51]
BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib
- 27.09.2026 [21:47]
Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub
- 27.09.2026 [21:40]
AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər
- 27.09.2026 [21:35]
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
- 27.09.2026 [21:32]
Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib
- 27.09.2026 [21:27]
Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH
- 27.09.2026 [20:17]
Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib
- 27.09.2026 [20:11]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [20:04]