Ekspedisiya üzvləri Qızıl Qaya massivinin ətəklərində düşərgə qurmuşlar
Bakı, 8 may (AZƏRTAC). Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar mayın 7-də Bakıdan “Heydər zirvəsi”nə başlanan yürüş Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində davam etmiş, günün sonunda yürüş iştirakçıları çətin keçidləri olan zirvəyə qalxmağa hazırlıq üçün həmin ərazidə düşərgə qurmuşlar.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, yürüş iştirakçıları ərazinin iqlim şəraitinə uyğunlaşmaq üçün mayın 8-də orada qalacaq, mayın 9-da sübh tezdən “Heydər zirvəsi”nə qalxaraq ulu öndərin barelyefi önünə tər çiçək dəstələri qoyacaqlar.
Qeyd edək ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi yürüşdə federasiyasının nəzdindəki 15-dək klubun fəalları ilə yanaşı respublikamızın müxtəlif təşkilat və ali məktəblərindən 130 nəfərədək könüllü iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]