SİYASƏT
Əlcəzair portalı Prezident İlham Əliyevin Həmrəylik Günü və Yeni il müraciətinin tam mətnini yayımlayıb
![Əlcəzair portalı Prezident İlham Əliyevin Həmrəylik Günü və Yeni il müraciətinin tam mətnini yayımlayıb](/files/2022/1/1200x630/16411265271884928413_1200x630.jpg)
Qahirə, 2 yanvar, AZƏRTAC
Əlcəzairin “Əl Hərir” portalında Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətinin tam mətni yayımlanıb.
AZƏRTAC-ın materialına istinadla ərəb dilində yayımlanan müraciətdə dövlətimizin başçısının 2021-ci ilin yekunları, Qoşulmama Hərəkatı və Türk Şurasına uğurlu sədrliyi, İslam Əməkdaşlıq Təşkilatı, NATO və Avropa İttifaqı ilə əməkdaşlıq, qonşu dövlətlərlə əlaqələr, İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıq və aparılan bərpa-quruculuq işləri haqqında fikirləri yer alıb.
Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Azərbaycan Prezidenti işğaldan azad olunmuş Şuşa şəhərinin şanlı tarixini nəzərə alaraq və onun bərpasını sürətləndirmək məqsədilə 2022-ci ili “Şuşa İli” elan edib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə