Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elçin Mirzəbəyli: “Ermənistan” adlı layihənin nə zamansa dövlətə çevrilməsinin yeganə yolu sülhdən keçir

Elçin Mirzəbəyli: “Ermənistan” adlı layihənin nə zamansa dövlətə çevrilməsinin yeganə yolu sülhdən keçir

Bakı, 11 yanvar, AZƏRTAC

Güclülərin, qaliblərin ədalətli sülh gündəliyini təşviq etməsi, məğluba inkişafın, rifahın, təhlükəsiz birgəyaşayışın yolunu göstərməsi tarixdə nadir hallarda rast gəlinən bir hadisədir və bəlkə də bənzəri yoxdur.

Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində səsləndirdiyi mesajlar və fikirlər bir daha sübuta yetirdi ki, dövlətimizin başçısı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin olunması, regionun sabit inkişaf mərhələsinə qədəm qoyması ilə bağlı hər kəsdən, həmçinin Cənubi Qafqaz, eləcə də Asiya qitəsinin Mərkəzi Asiya və Yaxın Şərq subregionları, eyni zamanda, Şərqi Avropanın əhəmiyyətli bir hissəsi ilə bağlı subyektiv geosiyasi fərziyyələrini reallıq kimi təqdim etməyə çalışan qlobal mərkəzlərin strateqlərindən daha aydın təsəvvürlərə malikdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Siyasi ekspertin sözlərinə görə, məhz bu aydın təsəvvürlərə söykənən baxış bucağı hadisələrin müxtəlif ssenarilər üzrə inkişafını ən incə detallarına kimi göz önünə gətirərək, sülhə qarşı çıxanlar üçün heç bir perspektivin olmadığını göstərir. Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində səsləndirdiyi fikirlər bunun əksinə yönəlmiş cəhdlərin hansı nəticələrə yol açdığını dəqiq şəkildə ifadə edir.

Dövlətimizin başçısı diqqətə çatdırdı ki, bizim üçüncü müharibəni başlamaq fikrimiz yoxdur. Amma ölkəmiz üçün təhlükə olduğu təqdirdə, lazımi addımlar atılacaq. Prezident İlham Əliyev 2023-cü ildə İkinci Qarabağ müharibəsinin real sonu olacağına ümid etdiyini də dilə gətirdi.

“Bəli, Azərbaycanın ədalətli sülh gündəliyini təşviq edən, bölgə xalqlarının dinc birgəyaşayışını, qarşılıqlı faydalı əməkdaşlığını arzulayan, beynəlxalq hüququn norma və prinsiplərinə sonadək əməl edən, qlobal məsuliyyətini özündən dəfələrlə böyük ölkələrdən daha çox anlayan və bunu əməldə sərgiləyən bir dövlət kimi üçüncü müharibəyə başlamaq niyyəti yoxdur. Amma ölkəmizə qarşı hər hansı bir təxribat planlaşdıranlar, səbrimizi sınağa çəkmək istəyənlər bizim təklif etdiyimiz ədalətli sülhü daha ağır şərtlər altında qəbul etməyə məcbur olacaq və sonsuzadək xətalarının cəzasını çəkəcəklər.

Bu baxımdan sülh, etimada söykənən münasibətlər bölgədə uzunmüddətli sabitliyin, təhlükəsizliyin təmin edilməsində maraqlı olan bütün region dövlətlərinə, onların öz xalqlarının gələcəyini düşünən liderlərinə, siyasət adamlarına lazımdır. Sülh davamlı sabitliyin təmin olunması üçün başlıca amildir. Təbii resursları, rəqabətədavamlı sənayesi olmayan, beynəlxalq nəqliyyat və enerji dəhlizlərinin yan keçdiyi ölkələr üçün isə sabitlik həyati əhəmiyyət kəsb edir. Məhz bu baxımdan Ermənistanın sülhə bütün digər ölkələrdən daha çox ehtiyacı var, Təəssüf ki, bu ölkənin regiondankənar güclərin nüfuz müvəkkilliklərini icra edən liderləri, tarixi yalanların və zəhərli ultramillətçi ideyaların girovuna çevrilmiş, müasir dünyanın reallıqlarını dərk etməyi bacarmayan, özünün və bölgə xalqlarının potensialını düzgün dəyərləndirmək iqtidarında olmayan toplumu sülhün onlar üçün yeganə çıxış yolu olduğunu qəbul edə bilmir, yaxud qəbul etməyə özündə cəsarət tapmır. Xarici amillərlə yanaşı, sahib olduqları etnososial xarakterləri də buna mane olur”, - deyə E.Mirzəbəyli qeyd edib.

Siyasi ekspert Prezident İlham Əliyevin Azərbaycan telekanallarına müsahibəsində, əslində, sülh müqaviləsinin imzalanmamasının və qarşılıqlı münasibətlərdəki qeyri-müəyyənliyin Ermənistan üçün hansı fəsadlara səbəb ola biləcəyini bütün detalları ilə ifadə etdiyini bildirərək deyib: “Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında olduğu müddətdə, 1993-1994-cü illərdən başlayaraq dirçəlməyi, iqtisadi inkişafını təmin etməyi, beynəlxalq enerji və nəqliyyat dəhlizlərinin qlobal müstəvidə strateji əhəmiyyət kəsb edən, ayrılmaz bir parçasına çevrilməyi, nəhayət, müstəqil dövlət olmağı, öz ayaqları üzərində dayanmağı və irəliləməyi bacarıb. Yəni, torpaqlarının 20 faizi işğal altında olan bir ölkə bütün komponentləri, iqtisadi və hərbi potensialı ilə güclü bir dövlət oldu, amma xarici amillərin dolayısı və birbaşa iştirakı ilə Azərbaycan torpaqlarını işğal və talan edən, viran qoyan Ermənistan dövlət ola bilmədi. Əvvəllər Ermənistanı yalnız beynəlxalq donorların dəstəyi ilə mövcudluğunu qoruyub saxlayan, müxtəlif siyasi, hərbi, sosial proqramları gerçəkləşdirməyə çalışan qeyri-hökumət təşkilatına bənzədirdim. Amma Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının Şuşa-Xankəndi yolunda davam etməkdə olan etiraz aksiyasından sonra belə qərara gəldim ki, Ermənistan Cənubi Qafqazda həyata keçirilən bir layihədir və bu layihənin nə zamansa dövlətə çevrilməyinin yeganə yolu sülhdən keçir”.

Azərbaycanın öz enerji resurslarını dünya bazarına çıxışını təmin etdiyini diqqətə çatdıran siyasi ekspert bildirib ki, hazırda Avrasiyanın ən mühüm nəqliyyat dəhlizlərinin olduqca vacib, rəqabətədavamlı, iqtisadi baxımdan səmərəli marşrutları ölkəmizin ərazisindən keçir. Bu o deməkdir ki, Azərbaycanın bir dövlət olaraq inkişafı, gücünə güc qatması üçün bütün imkanları var və bu günədək görülən işlər elə bir fundament formalaşdırıb ki, bu təməlin üzərindən sonadək inkişaf etmək olar.

Elçin Mirzəbəyli, həmçinin deyib: “Cənubi Qafqaz və ətraf subregionların demoqrafik vəziyyəti də onu deməyə əsas verir ki, bir etnos olaraq, Avrasiyada əsas söz sahiblərindən biriyik. Ermənistan hər tərəfdən eyni soyun, dilin, mədəniyyətin daşıyıcısı olan, milli ruhu oyanmış, özünün intibah mərhələsini yaşayan, Azərbaycan Ordusunun böyük Qələbəsi ilə döyüş ruhu, özünəinamı yüksək səviyyədə olan, toparlanmış, təşkilatlanmış nəhəng bir etnosun əhatəsindədir. Biz gözləyə bilərik və bu gözləntini də əsaslandıran amil etnos olaraq humanist mahiyyətimizdən qaynaqlanır. Amma bu o demək deyil ki, “Ermənistan” adlı layihə öz oyunlarını sonsuzadək davam etdirəcək və biz bu “kvazidövlət”in yenidən toparlandırılaraq öz terrorçu-separatçı, qəsbkar siyasətini davam etdirməsinə imkan verəcəyik. Əlbəttə ki, yox. Ermənistanın ətrafındakı “çəmbər” getdikcə daralacaq, bu ölkənin daxili gündəliyini bizim atdığımız addımlar müəyyənləşdirəcək və bu addımlar Ermənistan üçün cavab verilməsi mümkün olmayan yeni-yeni çağırışlar yaradacaq. Bütün bunlar, şübhəsiz ki, 2025-ci ilə qədər nəzərə çarpması mümkün olan reallıqlardır”.

Siyasi ekspertin sözlərinə görə, 2025-ci ildən sonra təkcə Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindəki missiyasının müddəti deyil, həm də Ermənistana verilən vaxtın sonu çatacaq və artıq, bu ölkənin özünün də, sərgiləyəcəyi davranışlara adekvat olaraq, mövcudluğu günbəgün şübhə altına düşəcək. Bu baxımdan 2023-cü il Ermənistana Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq irəli sürdüyü təkliflər əsasında sülh müqaviləsinə imza atması üçün həlledici zaman kəsiyidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb

Azərbaycan nefti 118,22 dollara satılır

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib