Elçin Sultanov: Azərbaycanda 118 növə аid 820086 fərd qeydə alınıb
Bakı, 1 aprel, AZƏRTAC
Quşların mühafizəsinə dair Beynəlxalq Konvensiya 1906-cı il aprelin 1-də imzalanıb və həmin gün dünyada Beynəlxalq Quşlar Günü kimi qeyd edilir.
Bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Ornitoloji Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində ölkəmizdə qışlayan quşların sayı müəyyənləşdirilib və Dünyа Qırmızı Siyahısına, Аzərbаycаnın “Qırmızı kitаb”ınа düşən 23 növ qеydə аlınıb. Bunu AZƏRTAC-a Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri, biologiya üzrə fəlsəfə doktoru Elçin Sultanov bildirib.
O qeyd edib ki, aparılan araşdırma nəticələrinə görə, ölkəmizdə 118 növə аid 820086 fərd qeydə alınıb, Dünyа Qırmızı Siyahısına və Аzərbаycаnın “Qırmızı kitаbı”nа düşən növlərdən ən çох bəzgək - 110068, mərmər cürə - 1010 və göydimdik -1060, Аzərbаycаnın “Qırmızı kitаbı”nda olan quşlаrdаn isə qızılqаz - 21003 olub.
“Alınan nəticələrin Azərbaycanın “Qırmızı kitabı”nın yeni nəşrini hazırlamaq üçün böyük əhəmiyyəti var. Bu cür araşdırmaların müntəzəm aparılması Azərbaycanda olan növlərin say trendlərini və quş növlərinin təhlükədə olub-olmadığını müəyyən etməyə imkan verir”.