“Elektron test sistemi” üzrə treninqlər yekunlaşıb
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində (TİM) ixtisas fənləri üzrə doktoranturaya qəbul və doktorluq imtahanlarının təşkili işinin daha da yaxşılaşdırılması məqsədilə növbəti "Elektron test sistemi”nin istismarı üzrə treninqlər keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirlərdə AMEA-nın 28 elmi müəssisəsindən 55 nəfər iştirak edib. Treninqdə iştirak edən şəxslərin bilikləri imtahan əsasında yoxlanılaraq qiymətləndirilib. İştirakçılardan 41-i imtahanlardan uğurla keçib.
Sonda treninqi müvəffəqiyyətlə başa vurmuş iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, AMEA-nın elmi müəssisələrində imtahanların test sistemi əsasında keçirilməsi üçün proqram təminatı institutun mütəxəssisləri tərəfindən hazırlanıb. Hazırda elektron test sistemi bu müəssisələrdə uğurla tətbiq olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [20:53]
Tədris prosesi distant formada keçiriləcək məktəblərin siyahısı açıqlanıb
- 04.06.2026 [18:38]
Milli mətbəx və dini inanc - Folklor İnstitutunda seminar
- 04.06.2026 [18:20]
AMEA Türk dünyası və özəl sektorla texnoloji tərəfdaşlığı genişləndirir
- 04.06.2026 [18:09]
BDU-da aparılan elmi tədqiqatlar aqrar sahədə dayanıqlı inkişafa xidmət edir
- 04.06.2026 [17:36]