Əlillik təyinatı əmək qabiliyyətinin itirilmə faizinə əsasən müəyyən ediləcək
Bakı, 5 may, AZƏRTAC
Qarabağ müharibəsi və Çernobıl hadisələri ilə bağlı əlil olanlarla əlaqədar pensiya təyin olunması üçün bu il 9 min müraciət daxil olacağı gözlənilir, çünki onların əlilik dərəcəsinin bitmə müddəti bu il başa çatır. Son üç ildə 7000-dən çox ləğv edilən əlillik təyinatından 266-sı barədə iş prokurorluğa göndərilib, 300-dən çox şikayət isə məhkəməyə göndərilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov mətbuat konfransında deyib.
İdarə Heyətinin sədri onu da qeyd edib ki, əgər indiyədək əlillik təyinatı birinci, ikinci və üçüncü dərəcələr üzrə müəyyən edilirdisə, növbəti illərdə əmək qabiliyyətinin itirilmə faizi ilə müəyyən ediləcək. Əmək qabiliyyətinin 81-100 faiz itirilməsi birinci, 61-80 faiz itirilməsi ikinci, 31-60 faiz itirilməsi isə üçüncü dərəcə ilə qiymətləndiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]