ELM VƏ TƏHSİL
Elm festivalı davam edir: Güclü iqtisadçı olmaq üçün nə etməli?
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elm festivalı çərçivəsində növbəti tədbir “Güclü iqtisadçı olmaq üçün nə etməli?” mövzusunda olub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, professor Zahid Məmmədovun moderatorluğu ilə keçirilən tədbirdə “Paşa Holdinq”in baş iqtisadçısı Elman Eminov mövzu ilə bağlı maraqlı təqdimatla çıxış edib.
Elman Eminov əmək bazarında işəgötürənlər tərəfindən iqtisadçı mütəxəssislərdən tələb olunan bilik və bacarıqlar barədə məlumat verib. O, güclü iqtisadçının öz ixtisası ilə yanaşı, rəqəmsal, araşdırma və təhliletmə bacarıqlarının olmasının vacibliyini önə çəkib. Eyni zamanda, əldə edilən nəzəri biliklərin praktiki tətbiqinin əhəmiyyətini vurğulayıb.
“Paşa Holdinq”in təmsilçisi bu istiqamətdə təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb və tövsiyələr verib.
Tədbir sual-cavab sessiyası ilə davam edib.