ELM VƏ TƏHSİL MƏRKƏZİNİN YARADILMASI MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNMUŞDUR
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, görüşdə xanım Kathi Kampbel Fond haqqında ətraflı məlumat vermiş, gənc tədqiqatçıların tətbiqi və fundamental elmlərə marağının artırılması, eləcə də elm və təhsilin inteqrasiyasının gücləndirilməsi üçün Azərbaycandakı universitetlərdən birində elm və təhsil mərkəzinin yaradılmasını təklif etmişdir. O, mərkəzin əsasən əməkdaşı olduğu təşkilat və digər özəl qurumlar tərəfindən maliyyələşdiriləcəyini söyləmişdir.
Misir Mərdanov nazirliyin də bu proqramın icrasına maliyyə yardımı göstərməyə hazır olduğunu bildirmişdir.
Görüşdə yeni mərkəzin fundamental və tətbiqi elmlərin daha yüksək səviyyədə tədris olunduğu ali məktəblərdən birində yaradılması qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]