Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Əməkdar Jurnalist Aqşin Babayevin 80 illiyi qeyd olunub

Bakı, 18 noyabr, Ceyhun Alışlı, AZƏRTAC

Noyabrın 18-də Beynəlxalq Mətbuat Mərkəzində yazıçı-dramaturq və publisist, filologiya elmləri doktoru, “Əməkdar Jurnalist” Aqşin Babayevin 80 illik yubileyi çərçivəsində tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək Aqşin Babayevin zəngin yaradıcılıq irsindən və pedaqoji fəaliyyətindən danışıb.

Bildirilib ki, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirən A.Babayev əmək fəaliyyətinə tələbəlik illərindən Azərbaycan radiosunda başlayıb. Ömrünün 32 ilini radioya həsr edib. Uzun illər burada baş redaktor vəzifəsini tutub. Paralel olaraq 10 il müddətində nüfuzlu “Moscow News” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri işləyib. A.Babayev, həmçinin 15 il müddətində Milli Məclisin mətbuat xidmətinin rəhbəri vəzifəsində də çalışıb. Otuzdan artıq kitabın müəllifi olan yubilyarın bir sıra əsərləri ölkə teatrlarında tamaşaya qoyulub.

A.Babayevin hazırda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri kimi fəaliyyət göstərdiyini vurğulayan Ə.Amaşov onu da bildirib ki, yubilyar jurnalistika sahəsində bir sıra nüfuzlu mükafatlarla təltif edilib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Onun yeni yaradıcılıq axtarışlarına hər zaman böyük sevgi ilə yanaşdığını deyən Mətbuat Şurasının sədri A.Babayevin əsərlərinin gənc nəslin mənəvi tərbiyəsinə dəstək baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Səmimi və qayğıkeş dost, gözəl ziyalı kimi tanınan yubilyar yüksək müşahidə qabiliyyətinə malik qələm adamı kimi hər zaman bədii yaradıcılığa böyük həvəslə yanaşıb. O, çalışdığı bütün strukturlarda aparıcı vəzifələri icra etməklə yanaşı, Azərbaycan ədəbi mühitində tanınan simalardan biri kimi əsərləri ilə ədəbiyyatımıza dəyərli töhfələr verib. Publisistin Niyaziyə, Q.Qarayevə, M.İbrahimova, N.Hikmətə, Ə.Məmmədxanlıya, o cümlədən başqa yazıçı və mədəniyyət xadimlərinə həsr etdiyi portret yazıları oxucular tərəfindən maraqla qarşılanıb. Eyni zamanda, 1967-ci ildən pedaqoji fəaliyyətlə məşğul olan A.Babayevin elmi əsərləri Moskvada, Ankarada, Tbilisidə çap olunub. Onun “Türk ədəbiyyatı müntəxəbatı”, “Türk dramaturgiyası”, “Cümhuriyyət dövrü türk ədəbiyyatında sosial motivlər”, “Azərbaycan və türk dünyası” kitabları bu gün də dəyərli dərs vəsaitidir. A.Babayevin yaradıcılığını yüksək qiymətləndirən natiq onu təbrik edib, yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

Sonra Aqşin Babayevə Azərbaycan Mətbuat Şurasının diplomu təqdim olunub.

Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov publisistin insani keyfiyyətlərindən, dostluğa sadiqliyindən, çoxşaxəli yaradıcılığından söhbət açıb.

Bildirilib ki, dramaturgiya, hekayə, oçerk və şeir janrlarında qələmini sınayan A.Babayev yaratdığı sanballı əsərləri ilə böyük oxucu kütləsinin sevgisini qazanıb. Nəzərə çatdırılıb ki, Aqşin Babayevin ilk hekayəsi 1958-ci ildə “Oktyabr işıqları” almanaxında çap olunub. 1964-cü ildə ədibin “Cazibəli üfüqlər” ilk hekayələr kitabı çapdan çıxıb. O, eyni zamanda, ədəbiyyatsevərlərin həvəslə oxuduqları “Həmişəbahar”, “Bir parça həyat”, “Ağ ulduzlar”, “Bir ürəyin hərarəti”, “Ayrılıq”, “Söz gülləsi”, “Dünyanın axırı” adlı kitabların müəllifidir. Moskvanın “Sovetski pisatel” nəşriyyatı tərəfindən 30 min nüsxə tirajla nəşr edilən “Kişilər az yaşadı” kitabı isə ona daha böyük şöhrət gətirib.

Y.Kərimov publisisti yubileyi münasibətilə təbrik edərək ona Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin diplomunu təqdim edib.

Tədbirdə Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və Əməkdar Jurnalist Flora Xəlilzadə çıxış edərək Aqşin Babayevin keçdiyi ömür yolundan, insani keyfiyyətlərindən və jurnalist kimi göstərdiyi xidmətlərindən danışıblar. Onun ədəbi axtarışlarına toxunan natiqlər deyiblər ki, A.Babayevin jurnalist yaradıcılığında ulu öndər Heydər Əliyevə, onun layiqli davamçısı Prezident İlham Əliyevə dərin rəğbət hissləri xüsusi yer tutur. Belə ki, onun “Heydər Əliyevin jurnalistika məktəbi”, “Qurtuluş davam edir”, “Allah sizi Azərbaycanımız üçün qorusun”, “Heydər Əliyev haqqında düşüncələr”, “Hamımızın olan Azərbaycanı sevin” portret oçerkləri müxtəlif qəzet və jurnallarda çap olunub, oxucu rəğbəti qazanıb.

Sonda A.Babayev çıxış edərək tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib, iştirakçılara minnətdarlığını ifadə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın həvəskar xokkey komandası Rusiya təmsilçisinə qalib gəlib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib

“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib

İrpendə “Azərbaycan Günü” keçirilib

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib VİDEO

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib