Emil Deçev: Təhlükəsizliklə bağlı müxtəlif ssenarilər nəzərdən keçirilir
Sofiya, 28 fevral, AZƏRTAC
İran ətrafında baş verən son hadisələr fonunda bir sıra Avropa ölkələri təhlükəsizlik tədbirlərini gücləndirib və vəziyyət beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.
AZƏRTAC xəbər verir ki, Bolqarıstanın daxili işlər naziri Emil Deçev İranda baş vermiş münaqişə ilə əlaqəli ölkədə təhlükəsizliklə bağlı vəziyyətə dair açıqlama verib. Bolqarıstan Teleqraf Agentliyinin (BTA) məlumatına görə, nazir hazırda ölkəyə qarşı konkret təhlükə barədə hər hansı məlumatın olmadığını bildirib.
Emil Deçev qeyd edib ki, beynəlxalq müstəvidə baş verən hadisələr diqqətlə izlənilir və təhlükəsizlik qurumları gücləndirilmiş hazırlıq rejimində fəaliyyət göstərir. Onun sözlərinə görə, dövlət strukturları mümkün riskləri dəyərləndirir və vətəndaşların təhlükəsizliyinin təmin olunması əsas prioritet olaraq qalır.
Nazir əlavə edib ki, zərurət yaranacağı halda əlavə tədbirlərin görülməsi istisna edilmir. O, təhlükəsizlik orqanlarının müxtəlif ssenariləri nəzərdən keçirdiyini və müvafiq qurumlar arasında koordinasiyanın təmin edildiyini vurğulayıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.09.2026 [16:49]
Münxendə 191-ci Oktoberfest start götürüb
- 19.09.2026 [14:51]
Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib
- 19.09.2026 [14:03]
ASELSAN yeni “SMASH 300” silah sistemini təqdim edib
- 19.09.2026 [13:26]
Eritreyaya qarşı tətbiq olunan ABŞ sanksiyaları ləğv olunub
- 19.09.2026 [13:19]
Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir
- 19.09.2026 [12:24]
Suriyada silah anbarında partlayış baş verib, ölənlər var
- 19.09.2026 [08:20]
Tramp: Polşa xarici təhdidlərin öhdəsindən gələ bilər
Sürücülərin nəzərinə
- [21:16]
Bu saata olan əsas xəbərlər
- [20:00]
Dörd yaşında yarımçıq qalan ömür
- [12:08]
Bu saata olan əsas xəbərlər
- [12:00]