Ən güclü boksçuların görüşlərində 60 idmançı mübarizə aparır
Bakı, 8 may (AZƏRTAC). Mayın 8-də Bakı İdman Sarayında Azərbaycanın ən güclü boksçularının görüşləri başlamışdır.
AZƏRTAC xəbər verir ki, milli komandaya seçim xarakteri daşıyan yarışda hər çəki dərəcəsi üzrə 4-5 boksçu mübarizə aparır. Böyüklər arasında keçirilən görüşlərə 11 çəki üzrə (49, 52, 55, 60, 64, 66, 69, 75, 81, 91 və 91 kq-dan yuxarı) 60 idmançı qoşulmuşdur.
Keçirilən yarışın əsas məqsədi iyun ayında Ankarada keçiriləcək Avropa çempionatı və sentyabrda Bakının ev sahibliyi edəcək dünya çempionatında Azərbaycanın idman şərəfini qoruyacaq idmançıları müəyyən etməkdir.
Turnirin hakimlər kolleqiyasının sədri - Niftalı Quliyevdir. Qaliblər mayın 10-da müəyyənləşəcəkdir.
Mayın 10-da Bakı İdman Sarayında, həmçinin “Heydər Əliyev Kuboku” beynəlxalq turniri başlanacaqdır. Yeniyetmə idmançılar arasında keçiriləcək bu yarışda ölkəmiz 3 komanda ilə təmsil olunacaqdır. Turnirdə İrlandiya, Türkiyə, Hindistan, Türkmənistan, İsrail, Ukrayna, Qazaxıstan, Özbəkistan, Rusiya, Gürcüstan və Şotlandiya komandaları da iştirak edəcəklər.
Turnir mayın 14-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]