Energetika Nazirliyi “Tekfen İnşaat” şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Azərbaycanda bərpaolunan enerji layihələrinin müəyyənləşdirilməsi üçün birgə İşçi Qrupu yaradılacaq
Bakı, 29 may, AZƏRTAC
Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyənin “Tekfen İnşaat” şirkəti arasında alternativ və bərpaolunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sənədi Azərbaycan tərəfindən energetika nazirinin müavini Samir Vəliyev, Türkiyə tərəfindən isə “Tekfen İnşaat” şirkətinin prezidenti Levent Kafkaslı imzalayıb. Memorandum ölkəmizdə bərpaolunan enerji sahəsində qarşılıqlı maraq kəsb edən layihələrin müəyyənləşdirilməsi üçün birgə İşçi Qrupunun yaradılması, seçilmiş layihələrin icrası ilə bağlı İşçi Qrupunun fəaliyyət istiqamətləri, bu sahədə tədqiqatlar aparılması və tərəflərin öhdəlikləri kimi məsələləri nəzərdə tutur.
Qeyd edək ki, dünyanın 20-dək ölkəsində 350-dən çox layihə həyata keçirmiş “Tekfen İnşaat” şirkəti Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir. Şirkət indiyə kimi Azərbaycanın neft-qaz sektorunun bir sıra mühüm layihələrinin həyata keçirilməsində uğurla təmsil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]
Kadrların seçimi mövzusunda təlim keçirilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Ümumdünya Göllər Günüdür
- [11:46]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib
- 26.08.2026 [23:16]
Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb
- 26.08.2026 [23:15]
“Sabah” Futbol Klubu Prezident İlham Əliyevə təşəkkür edib
- 26.08.2026 [22:38]
Xalq artisti: Festival Laçının mədəni həyatına yeni nəfəs gətirir
- 26.08.2026 [21:20]
Macarıstanda sənaye müəssisəsində partlayış olub, iki nəfər ölüb
- 26.08.2026 [21:10]
Azərbaycan millisinin voleybolçusu: Üçüncü seti öz səhvlərimizə görə uduzduq
- 26.08.2026 [20:51]
“MSC” şirkəti Novorossiysk limanına sifarişləri dayandırıb
- 26.08.2026 [20:28]
Lənkəranda yeni təmayül tədris modelinin ilk nəticələri yüksək olub
- 26.08.2026 [20:19]
Fransalı rejissor: “La Leproduction” filmi dialoqsuz olması ilə diqqət çəkir
- 26.08.2026 [20:03]
Bu saata olan əsas xəbərlər
- 26.08.2026 [20:00]
Avropada qazın qiyməti 5 faizədək azalıb
- 26.08.2026 [20:00]