ENERGETİKLƏR 8-Cİ BLOKU VAXTINDAN ƏVVƏL İSTİSMARA VERMİŞLƏR
Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının 8-ci blokunda əsaslı təmir, yenidənqurma işləri vaxtından əvvəl yüksək keyfiyyətlə başa çatdırılmış, blok texniki sınaqdan uğurla çıxmışdır. 8-ci blok “Azərenerji” sisteminə qoşulmuşdur. Bu isə stansiyanın gündəlik enerji hasilatı gücünü daha 270 meqavat artıraraq, 2400 meqavata çatdırmağa imkan verəcəkdir. Stansiyanın direktoru Şıxməmməd Aslanov müxbirimizə demişdir ki, dövlətimizin rəhbəri Heydər Əliyevin uzaqgörən siyasətinin, zəkasının xalqımıza töhfəsi olan, 300 nəfərin çalışdığı müəssisənin energetikləri prezident seçkiləri ərəfəsində səmərəli istehsal rejimində işləməyi öhdəyə götürmüşlər. Kollektivimiz Heydər Əliyevin Azərbaycan prezidentliyinə namizədliyini respublikada birincilər sırasında irəli sürmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:23]
Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib
- 09.06.2026 [17:20]
“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib
- 09.06.2026 [17:00]
Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb
- 09.06.2026 [16:36]
® “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO
- 09.06.2026 [16:21]