Ənvər Əhmədov fəlsəfə tarixçisi kimi - elmi seminar
Bakı, 28 fevral, AZƏRTAC
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Azərbaycan fəlsəfə tarixi şöbəsində “Ənvər Əhmədov fəlsəfə tarixçisi kimi” mövzusunda elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda həmin şöbənin müdiri fəlsəfə elmləri doktoru Arzu Hacıyeva Azərbaycanın görkəmli filosof-alimi Ənvər Əhmədovun həyat və yaradıcılıq yoluna qısa nəzər salıb, sovet dövrü filosoflarının irsinin dövrün özəllikləri və bu günün reallıqları baxımından sərf-nəzər edilərək öyrənilməsinin əhəmiyyətini vurğulayıb.
Şöbənin böyük elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru Zaur Rəşidov Ənvər Əhmədovun Azərbaycan fəlsəfəsı tarixinə həsr edilmiş əsərləri üzrə onun yaradıcılığına xas əsas məqamları təhlil edib və sualları cavablandırıb. Müzakirələr zamanı fəlsəfə elmləri doktorları Arzu Hacıyeva, Ziba Ağayeva və Rafail Əhmədov, fəlsəfə üzrə fəlsəfə doktorları Faiq Ələkbərli, Rəşad Əsgərov, Nicat Məmmədov və Əli İbrahimov mövzu ətrafında mülahizələrini bölüşüblər.
Tədbirdə Bakı Slavyan Universitetinin tələbələri iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [19:51]
Ankara Universitetinin rektoru TAU-da olub
- 10.10.2026 [14:09]
Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]