Ərdoğan Trampı Türkiyəyə dəvət edib
Ankara, 5 may, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ evin rəhbəri Donald Trampla telefon danışığında Amerika liderini Ankaraya dəvət edib.
AZƏRTAC xəbər verir ki, Türkiyə dövlətinin başçısı ABŞ Prezidentini ölkəsinin ikitərəfli əməkdaşlığın, o cümlədən hərbi-sənaye kompleksinin genişləndirilməsi istiqamətində yeni addımlara hazır olduğuna əmin edib.
O, Donald Trampın dünyada müharibə və münaqişələrə son qoymaq təşəbbüslərini dəstəklədiyini bildirib, xüsusən də Amerika administrasiyasının İranla dialoq və Rusiya ilə Ukrayna arasında müharibəyə son qoyulması məsələsində səylərini alqışlayıb.
Türkiyə dövlətinin başçısı Yaxın Şərqdəki vəziyyətə də diqqət çəkərək Qəzza zolağındakı humanitar böhranın miqyasını “dəhşətli” adlandırıb.
Rəcəb Tayyib Ərdoğan fələstinlilərə humanitar yardımın fasiləsiz çatdırılmasının vacibliyini vurğulayıb və Ankaranın əməkdaşlığa, atəşkəsə və uzunmüddətli sülhün təmin edilməsinə dair atılan addımları dəstəkləməyə hazır olduğunu qeyd edib.
Suriyadakı vəziyyətə toxunan Türkiyə Prezidenti Ankaranın qonşu ölkədə ərazi bütövlüyü və sabitliyi dəstəkləmək əzmini Ağ evin rəhbərinin diqqətinə çatdırıb.
Siyasətçi Amerikanın Dəməşqə qarşı sanksiyalarının yumşaldılmasının Suriyadakı vəziyyətə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib. “Sabit Suriya həm bölgədə, həm də bütün planetdə sülhə töhfə verəcək”, - deyə o qeyd edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]
Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır
- 01.10.2026 [12:24]
“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib
- 01.10.2026 [11:42]
Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb
- 01.10.2026 [11:34]
Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər
- 01.10.2026 [11:26]
İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb
- 01.10.2026 [08:26]