ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BÖLMƏLƏRİ ATƏŞKƏSİ POZMAQDA DAVAM EDİR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ermənistan silahlı qüvvələrinin bölmələri martın 26-da saat 15.15-dən 19.35-dək Qazax rayonunun Məzəmli kəndinin yaxınlığındakı mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini və Məzəmli kəndini ara-sıra, saat 23.20-dən 23.30-dək İcevan rayonunun Vazaşen kəndinin 2,2 kilometr şimal-şərqindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonu ərazisindəki adsız yüksəklikdə yerləşən mövqelərini, saat 22.40-dan 23.30-dək Berd rayonunun Ayqezor kəndinin 2,7 kilometr və Laqziyal dağının 1,7 kilometr cənub-şərqindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Muncuqlu və Qaralar kəndləri yaxınlığındakı mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Düşmən cavab atəşilə susdurulmuşdur. İtki yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [20:45]
Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq
- 10.10.2026 [12:22]
Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur
- 10.10.2026 [11:18]
Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib
- 10.10.2026 [01:21]