Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi pozmaqda davam edirlər
Bakı, 19 noyabr (AZƏRTAC). Ermənistan ordusunun bölmələri noyabrın 18-də və 19-da gecə Ermənistanın Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərini atəşə tutmuşlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ermənilər Azərbaycanın Respublikasının Füzuli rayonunun Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Ağdam rayonunun Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]