Ermənistandakı pirotexniki məmulatlar anbarında baş verən yanğında 3 nəfər xəsarət alıb
Tbilisi, 3 yanvar, AZƏRTAC
Yanvarın 3-də günün ikinci yarısında Ermənistanın Gürcüstan ilə sərhədindəki Baqrataşen keçid məntəqəsinin ərazisində pirotexniki məmulatlar anbarında güclü yanğın baş verib.
AZƏRTAC Ermənistan mediasına istinadla xəbər verir ki, yanğın nəticəsində 3 nəfər xəsarət alıb.
İlkin məlumatlara görə, yanğın pirotexniki vasitələr bölməsindən başlayıb.
Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda yanğının lokallaşdırılması istiqamətində işlər davam etdirilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]