Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistanın Azərbaycanın mədəni irsini mənimsəməsi beynəlxalq səviyyədə araşdırılmalıdır RƏY

Ermənistanın Azərbaycanın mədəni irsini mənimsəməsi beynəlxalq səviyyədə araşdırılmalıdır RƏY

Bakı, 13 dekabr, AZƏRTAC

Rusiyanın “Kavkazskiy Uzel” saytının dekabrın 5-dəki buraxılışında bildirilib ki, Ermənistanın bir qrup ictimai təşkilatı BMT və UNESCO-ya müraciət ünvanlayaraq, guya Azərbaycan tərəfindən Qarabağda erməni mədəni irsinin dağıdılmasının dayandırılmasını və bölgəyə missiya göndərilməsini tələb edib. Saytın məlumatına görə, noyabrın 30-da müxtəlif ölkələrdə fəaliyyət göstərən 30-dan çox erməni ictimai-siyasi və dini təşkilatı İrəvanda bir araya gələrək, Qarabağdan çıxan “qaçqınların” kollektiv şəkildə geri qayıtmaq hüququnun təmin olunmasını tələb edib. Guya Qarabağdan çıxan 100 min 632 erməninin yalnız 20 min nəfəri işlə təmin olunub, qalanları isə “vətəndaşlıq” statusu olmadığı üçün Ermənistanda iş tapmaqda çətinlik çəkirlər.

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov AZƏRTAC-a açıqlamasında bildirib ki, göstərilən statistikanın dezinformasiya olduğunu və reallığı əks etdirmədiyini sadə bir üsulla ayırd etmək olur. Onun sözlərinə görə, 1970-ci illərin arxiv məlumatlarına əsasən, Qarabağda yaşayan erməni əhalinin sayı 25-30 min nəfərdən çox olmayıb. Qarabağdan köçən digər 70-80 min nəfər isə Ermənistan hökumətinin 1988-2021-ci illərdə Suriyadan, Rusiyadan və digər ölkələrdən qanunsuz şəkildə Qarabağ və Şərqi Zəngəzur regionlarında məskunlaşdırdığı əhalidir. O ki qaldı 25-30 min erməni əhalinin Qarabağda qalmalarına, Azərbaycan Hökuməti 2022-2023-cü illərdə onların qalmaları üçün bütün şəraiti yaratdı: təhlükəsizlik, sosial problemlərin həlli və sair. Lakin onlar Azərbaycan vətəndaşlığından imtina edərək Qarabağı könüllü və birdəfəlik tərk etdilər. Eyni zamanda, köçənlərlə ləyaqətlə davranıldı, heç birinin yükləri yoxlanmadı, nə apardıqlarına baxılmadı. İndi Ermənistanın 62 ictimai təşkilatının BMT-nin Baş katibi Antonio Quterreşə və UNESCO-nun Baş direktoru Odri Azuleyə müraciət ünvanlayaraq Qarabağ və Şərqi Zəngəzur regionlarında erməni mədəni irsinin qəsdən məhv edilməsinin qarşısının alınması üçün Qarabağa missiya göndərilməsini, eləcə də bu “qeyri-qanuni” hərəkətlərin (Azərbaycan tərəfinin) qarşısının alınması mexanizmlərinin yaradılmasını tələb etmələri növbəti erməni alçaqlığından başqa bir şey deyil.

“Birincisi, Qarabağ və Şərqi Zəngəzur regionlarında (1995-2021-ci illərdə ermənilərin Azərbaycan ərazilərində tikdikləri qeyri-qanuni 15 müasir kilsədən başqa) bir ədəd də olsun ermənilərə aid mədəni irs nümunəsi yoxdur. Bu ərazilərdə olan 100-dən çox xristianlıq dövrünə aid olan mədəni-irs nümunəsinin isə nə erməni qriqoryan dininə, nə də erməni mədəniyyətinə heç bir aidiyyəti və bağlığı yoxdur. Ermənistan Azərbaycan ərazilərini işğal altında saxladıqları dövrdə Qarabağda İslam dövrü abidələrinə etdikləri nifrət qədər bu ərazilərdəki onlara aid olmayan xristianlıq dövrü abidələrinə nifrət edirdilər. Ermənilər işğal dövründə Qarabağda onlara aid olmayan xristianlıq dövrü abidələrinin bir qisminin xarici görkəmini dəyişdirib “erməni kilsəsi” və ya monastır adlandırır, bir qismini uçurub-dağıdır, bir qisminin içərisində isə mal-qara bəsləyirdilər. Adi bir misal: Ermənilər işğal dövründə Xocavənd rayonundakı Tuğ kəndi yaxınlığında erməni dilində Anapad (Bakirə qız) adlandırdıqları xristian kilsənin içərisində heyvan saxlayırdılar. Erməni işğalı zamanı, həmçinin İslam dövrü abidəsi olan Ağdam cümə məscidində heyvan saxlanılırdı. Ermənilər özlərinin olmayan mədəni irs nümunələri ilə bütün dövrlərdə bu cür rəftar ediblər və edirlər istər xristianlara aid olsun, istərsə də müsəlmanlara”, - deyə Tarix və Etnologiya İnstitutunun əməkdaşı qeyd edib.

“İndi sual olunur: Ermənilər beynəlxalq missiyaları Qarabağa gətirməklə nəyi göstərmək istəyirlər? Etnik təmizləməyə məruz qoyduqları 176 min 258 ailənin xarabalığa çevrilmiş evlərini? Xarici görünüşünü dəyişdikləri 50 xristian dövrü monastır və kilsəni? Xristianlıqdan əvvəlki və xristianlıq dövrünə aid 300 bazilika, məbəd və sovməninin dağıdılmış vəziyyətdə olan xarabalıqlarını? Yoxsa, İslam dövrünə aid 72 məscid, 69 monumental heykəltaraşlıq nümunəsi, 500 türbə və qəbrüstü abidələrin qalıqlarını göstərmək fikrindədilər? İşğal dövründə zərər vurulmuş 749 arxeoloji abidəni? Ya Birinci Qarabağ müharibəsi zamanı 23 muzey və 4 şəkil qalereyasından, əhalinin şəxsi mülklərindən qarət edilərək Ermənistana aparılmış 150 min tarixi əhəmiyyətli eksponat və əşyaları? Bu məqamlar mənim üçün çoxlu suallar doğurur. Azərbaycan ərazilərində baş verən bu vandalizm hadisələri Ermənistan tərəfindən törədilmiş hüquqazidd əməllər kimi qeyd olunmalıdır. Bu fəaliyyət 1954-cü il Haaqa Konfransında qəbul edilmiş “Mədəni dəyərlərin mühafizəsi haqqında” qərarlarla ziddiyyət təşkil edir. Belə olan halda, BMT Baş Assambleyasının 2001-ci il dekabrın 12-də qəbul etdiyi 56/83 saylı “Beynəlxalq hüquqa zidd əməllərə görə dövlətlərin məsuliyyəti” qətnaməsi əsasında Ermənistana qarşı məhkəmə iddiası qaldırmaq mümkündür. Ermənilərin müraciətində başqa bir anlaşılmayan məqam odur ki, Ermənistanın 62 ictimai təşkilatı Qarabağ və Şərqi Zəngəzurda hansı erməni irsindən danışır? Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinin ermənilərə məxsusluğu barədə hansı təsdiqedici sübutlar var? Bu barədə müraciətdə heç bir məlumat verilmir. Bu halda iddia etdikləri mədəni irs nümunələrinin ermənilərə məxsusluğu bəlli deyil. Əgər bəlli deyilsə, demək ermənilər onlara məxsus olmayan mədəni irs nümunələrini mənimsəməyə çalışırlar. Bunun isə Beynəlxalq hüquqda adı cinayətdir. Müraciətdə ermənilər II Qarabağ müharibəsi dövründə Azərbaycanı “soyqırımı törətməkdə” ittiham edir. Lakin ermənilər müharibədən keçən son 4 il ərzində “soyqrımı”na məruz qalan insanların siyahılarını mətbuata təqdim edə bilməyiblər. Doğurdan da ermənilərin dedikləri kimi soyqırımı törədilmişdisə, o zaman ermənilərin və Ermənistan hökumətinin 4 il nə səbəbdən susduqlarının səbəbi anlaşılmazlıq yaradır. Belə olan halda, ermənilərin etdikləri müraciətdəki “soyqırımı” iddiası Azərbaycana qarşı ermənilər tərəfindən irəli sürülən növbəti iftiradır”, - deyə F.İsmayılov vurğulayıb.

O əlavə edib ki, Azərbaycan müxtəlif dinlərin birgə mövcudluğunu təmin edən tolerant ölkədir. Xristianlıq və İslamın mövcudluğu Azərbaycanın bütün ərazilərində, eləcə də Qarabağda və Şərqi Zəngəzurda tarixi memarlıq abidələrinin formalaşmasında əhəmiyyətli rol oynayıb. Bu, Azərbaycanda yüz illər öncə formalaşan tolerantlıq və multikultural ənənələrin əyani göstəricisidir. Ermənistanın bu mədəni irsi dağıtması və mənimsəməyə çalışması beynəlxalq səviyyədə araşdırılmalı və hüquqi qiymət verilməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır