Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistanın regiondan “uzaqlaşma” siyasətinin iki ölkə arasında davam edən sülh prosesinə təsirləri - TƏHLİL

Ermənistanın regiondan “uzaqlaşma” siyasətinin iki ölkə arasında davam edən sülh prosesinə təsirləri -  TƏHLİL

Bakı, 27 noyabr, AZƏRTAC

Son zamanlar Ermənistan xarici siyasətində müşahidə edilən əsas məqamlardan biri də rəsmi İrəvanın region və qeyri-region dövlətləri ilə münasibətlərdə nümayiş etdirdiyi davranışlar, sistematik addımlardır. Ermənistanın son xarici siyasət reveransları belə qənaətə gəlməyimizə əsas verir ki, Nikol Paşinyan hökuməti üzləşdiyi problemləri və yaxud regiona aid məsələləri daha çox qeyri-region ölkələri ilə müzakirə etməyə və bütövlükdə, regiondan “uzaqlaşmağa” çalışır. Xüsusilə Azərbaycanla postmünaqişə problemlərinin həllində Ermənistan qeyri-region dövlətlərinin, güc mərkəzlərinin təklif etdiyi platformaları danışıqların aparılması üçün əsas müstəvi kimi qəbul edir.

Bu sözlər Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədlinin "Ermənistanın regiondan “uzaqlaşma” siyasətinin iki ölkə arasında davam edən sülh prosesinə təsirləri" sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir:

“Proseslərin gedişi onu sübut edir ki, Ermənistanın danışıqları kənar formatlarda davam etdirməyə xüsusi həvəs göstərməsi, ilk növbədə, rəsmi İrəvanın heç də sülhə xidmət etməyən məqsədləri ilə bağlıdır. Daha dəqiq desək, Ermənistan İkinci Qarabağ müharibəsindən sonra düşmüş olduğu vəziyyətdən məhz tərəfkeşlik edən, regionda geosiyasi iddialarını təmin etməyi sülhdən daha çox düşünən vasitəçilərin köməyi ilə çıxmağa və danışıqlar prosesində Azərbaycana qarşı mövqeyini gücləndirməyə çalışır. Vasitəçilərin də danışıqlar prosesində bir çox hallarda tərəfkeş, qərəzli yanaşması Ermənistanın iki ölkənin gələcək münasibətləri ilə bağlı xoş olmayan planlarının, istəklərinin reallaşması üçün münbit zəmin yaradır. Məhz bu baxımdan son aylarda danışıqlar prosesində fasilənin yaranmasını təsadüfi hesab etmək olmaz və danışıqlarda belə bir durğun vəziyyətin yaranması, ilk növbədə, Azərbaycanın haqlı olaraq Brüssel və Vaşinqton formatlarına inamsız yanaşması, iradları ilə bağlıdır. Bir yandan tərəflərə vasitəçilik təklif edib, digər yandan da tərəflərdən birinə tərəfkeşlik etmək, onun əsassız iddialarını müdafiə etmək heç bir halda vasitəçilik kriteriyaları ilə uyğun gəlmir. Ona görə də belə bir vasitəçilik missiyası uğurlu alına bilməz.

Məsələyə bir qədər də detallı yanaşaq, Vətən müharibəsindən sonra Azərbaycan təklif olunan bütün danışıqlar formatlarında (Moskva, Brüssel, Vaşinqton) fəal iştirak edib. Ölkəmizin bu formatlarda fəal, həvəslə iştirak etməsinin əsas səbəbi qısa müddət ərzində regionda davamlı sülhə nail olmaq istəyi ilə bağlıdır. Ancaq görünən odur ki, bizim istəyimizdən asılı olmayaraq vasitəçilər bir çox məqamlarla bağlı elə mövqe nümayiş etdirib ki, bu danışıqlar prosesində ciddi nəticələrin əldə edilməsinə mane olub. Xüsusilə də Azərbaycan Ordusunun sentyabrın 19-20-də Qarabağda keçirdiyi antiterror tədbirlərindən sonra bir sıra Avropa İttifaqı (Aİ) və ABŞ rəsmilərinin rəsmi Bakını ittiham edən açıqlamaları, Ermənistanın və müəyyən ermənipərəst dairələrin Azərbaycana qarşı başlatdığı böhtan kampaniyasına bəzi Qərb dövlətlərinin, strukturlarının qoşulması Azərbaycanın sülh prosesində Qərb platformasında iştirakla bağlı tərəddüdlərini artırıb. Son üç ildə istər ABŞ, istərsə də Aİ ilə Azərbaycan arasında meydana çıxan fikir ayrılıqlarını, ziddiyyətləri belə ümumiləşdirmək olar ki, Azərbaycanın mövqeyindən fərqli olaraq (xüsusilə ABŞ) münaqişənin bitmədiyi və bu səbəbdən də ATƏT-in Minsk qrupunun fəaliyyətinin bərpa edilməsi zərurəti bəyan olunub, Ermənistan-Azərbaycan sərhədində, Qarabağ bölgəsində baş verən hərbi toqquşmalarda daha çox ölkəmiz ittiham edilib. Həmçinin Azərbaycanın torpaqları üzərində suverenliyinə şübhə yaradan mövqe nümayiş etdirilib, Fransanın timsalında Qərbin bir sıra aparıcı dövlətləri açıq və gizli şəkildə Ermənistanı silahlandırıb və silahlandırmaqda davam edir. Bütün bunlarla bərabər o da etiraf olunmalıdır ki, Brüssel formatında aparılan danışıqlarda müəyyən irəliləyişlər əldə edilib və bu sırada Azərbaycanın təklif etdiyi ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması prinsipinin Ermənistan tərəfindən qəbul edilməsi və sair məsələləri qeyd etmək olar. Ancaq buna baxmayaraq, Ermənistanın Qarabağda yaşayan ermənilərin beynəlxalq mexanizmlərlə statusunun və təhlükəsizliyinin təmin edilməsi şərtinin Brüssel və Vaşinqton tərəfindən də dəstəklənməsi və digər addımlar Qərb platformasında danışıqların perspektivi ilə bağlı inamın sarsılmasına səbəb olub. Bu səbəbdən də hesab edirik ki, Qərb platformasında danışıqlar prosesinin bərpa olunması üçün Vaşinqton və Brüsselin siyasətində, davranışlarında ciddi korrektlərə ehtiyac var.

Fikrimcə, Qərbin aparıcı mərkəzlərinin (ABŞ, Aİ) postmünaqişə problemlərinin həllində nümayiş etdirdiyi qeyri-adekvat, bir çox hallarda qərəzli, tərəfkeş yanaşmanın iki əsas səbəbi var. Birinci səbəb geosiyasi amillərlə bağlıdır. Görünən odur ki, Qərbdə belə düşünürlər ki, İrəvan və Moskva arasında mövcud ziddiyyətlərdən fürsət kimi istifadə edilməlidir və Ermənistanın Rusiyadan uzaqlaşması, Qərbə yaxınlaşması üçün bu ölkəyə bütün səviyyələrdə dəstək verilməlidir, o cümlədən də Azərbaycanla danışıqlar prosesində. Daha dəqiq desək, Qərbdə Rusiya ilə sərt geosiyasi qarşıdurma fonunda Ermənistana yeni əsas meydanlardan və yaxud alətlərdən biri kimi yanaşılır. Digər səbəb daxili amillərlə əlaqəlidir. Güclü erməni diaspor, lobbi qruplarının ABŞ və Avropada fəaliyyətini, daxili siyasi mübarizədə, seçkilər ərəfəsində qərbli elitaların bu qrupların dəstəyinə ehtiyacın artmasını, Qərbin bir sıra siyasi-elmi dairələrində ənənəvi oriyentalist düşüncə tərzinin hələ də güclü olmasını, bəzi Qərb çevrələrində “xristian təəssübkeşliyi”nin baş qaldırmasını və sair amilləri bu sıraya aid etmək olar.

Beləliklə, baş verən prosesləri, qeyd olunan amilləri nəzərə alaraq Azərbaycan Ermənistana birbaşa danışıqlar aparmağı təklif edir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanla vasitəçisiz danışıqlar aparmaq üçün Tiflis şəhərini təklif etməsi təsadüfi hesab edilə bilməz. Həmçinin Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Ermənistan anlamalıdır ki, sülhün kökləri Vaşinqton, Brüssel, Moskva və yaxud digər şəhərlərdə yox, regiondadır” fikirləri də rəsmi Bakının iki ölkə arasında sülhün gələcəyi ilə bağlı aydın mövqeyini ifadə edir. Azərbaycan uzun illərdən sonra yaranmış sülh imkanının ayrı-ayrı güc mərkəzlərinin geosiyasi iddialarına qurban verilməsini istəmir və bu səbəbdən də Ermənistanı da məsuliyyətli davranmağa dəvət edir. Onu da qeyd edək ki, ümumiyyətlə, son zamanlar rəsmi Bakının xarici siyasətində regional aspekt xeyli aktuallaşıb və Azərbaycan yalnız Ermənistanla postmünaqişə problemlərini deyil, bütövlükdə regiona aid bütün məsələlərin məhz bölgə dövlətləri ilə müzakirə edilməsinə, həllinə böyük əhəmiyyət verir. Azərbaycan regional təhlükəsizliyin, əməkdaşlığın, rifahın əsas yollarından birinin məhz bölgə dövlətləri ilə münasibətlərin yenidən qurulmasından, inkişaf etdirilməsindən asılı olması fikrini qəbul edir və siyasətində də bu prinsipə əməl edir. Azərbaycanın digər region dövlətlərindən, xüsusilə də Ermənistandan əsas gözləntisi ondan ibarətdir ki, iki ölkəyə aid problemləri kənara çıxarmadan birlikdə həllinə üstünlük versin. Nəhayət, Ermənistan aydın dərk etməlidir ki, iki ölkə arasında aparılan danışıqlar prosesini qarşı duran güc mərkəzlərinin geosiyasi rəqabət meydanlarından birinə çevirməklə bütövlükdə Cənubi Qafqazda davamlı sülhün əldə olunmasına mane olur”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb